25 fevral 2011 20:23
Bakı azarkeşlərin ümidlərini doğrultdu
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə ilk altılığın son iştirakçısı hansı komanda olacaq” sualıyla müraciət etdiyimiz oxucularımız gözlənildiyi kimi, daha böyük şansa malik olan “Bakı”nı fərqləndirdilər və paytaxt klubu da onların bu etimadını doğrultdu.
Qeyd edək ki, respondetlərin 43 faizinin proqnozlaşdırdığı kimi, Aleksandr Starkovun yetirmələri vacib olan 1 xala sahib çıxmaqla, ilk altılığa düşmək vəzifəsinin öhdəsindən gəlməyib bacardı.
Bu isə, bazar günü baş tutacaq “Qəbələ” – “Gəncə” qarşılaşmasının formal xarakter daşıyacağına işarədi. Baxmayaraq ki, sorğuda iştirak edənlərin 52 faizi də məhz bu komandanın ilk altılıqda mübarizə aparacağını proqnozlaşdırırdı.
Yeri gəlmişkən, azarkeşlərin 6 faizi hər iki komandanın birinci altılığa layiq olduğunu bildiribsə, 18 faizi də heç birinin medallar uğrunda mübarizəyə layiq olmadığını ifadə edib.
