25 fevral 2011 11:04
FİFA son mundialdan götürülən gəlirin məbləğini açıqladı
2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatından götürülən gəlirin məbləği müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu haqda açıqlama verən FİFA prezidenti Zepp Blatter bəyan edib ki, dünya futbol qurumu son mundialdan 1.2 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.
Maraq üçün qeyd edək ki, bu məbləğ 2006-cı ildə keçirilən dünya çempionatının gəlirindən ikiqat çoxdu. Xatırladaq ki, həmin mundialdan FİFA sadəcə 600 min dollar gəlir götürə bilmişdi.
Bu haqda açıqlama verərkən əldə olunan gəlirinin lazımlı yerlərə sərf olunacağı müjdəsini verən Blatter həmçinin bunları da sözlərinə əlavə edib: “Futbol federasiyaları vq qurumlar bundan payını alacaq. Belə bir göstərici Afrikanın zəfəridi”.
