25 fevral 2011 11:22
Avropa Liqasının 1/8 finalında kimlər üz-üzə gəlir?
Avropa Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, dünən başa çatan 1/16 final mərhələsinin oyunlarından sonra, həm də növbəti mərhələnin cütlükləri dəqiqləşib.
Qeyd edək ki, bütövlükdə indi Avroliqa uğrunda Rusiya, Hollandiya və Portuqaliya daha çox (3) klubuyla təmsil olunur. Onlarla müqayisədə yalnız İngiltərə 2 klubunun qalması ilə təsəlli tapa bilər. Almaniya, İspaniya, Fransa, Şotlandiya və Ukrayna isə 1 təmsilçisi ilə Avroliqa həyəcanını yaşağama davam edəcək.
Avropa Liqası
1/8 final
Benfica (Portuqaliya) – PSG (Fransa)
Dynamo (Kiyev, Ukrayna) – Manchester City (İngiltərə)
Twente (Hollandiya) – Zenit (Rusiya)
CSKA (Rusiya) – Porto (Portuqaliya)
PSV (Hollandiya) – Rangers (Şotlandiya)
Bayer (Almaniya) – Villarreal (İspaniya)
Ajax (Hollandiya) – Spartak (Moskva, Rusiya)
Braga (Portuqaliya) – Liverpool (İngiltərə)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 10-da, cavab görüşləri isə 17-də keçiriləcək.
