25 fevral 2011 17:52

Bakı ilk altılıqda qaldı, Neftçi çempion oldu (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında təsnifat mərhələsinin sonuncu – 22-ci turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, “altılıq” mərhələsi ərəfəsindəki son tur bir günlük fasilə ilə keçirilir.
 
Çünki sabah Azərbaycanda Xocalı faciəsi ilə əlaqədar matəm günü kimi qeyd olunacağından, Peşəkar Futbol Liqası əslində şənbə günü baş tutmalı olan görüşləri bu günə çəkib. Nəticədə hesabat turunun 3 görüşü bu gün, qalan 3-ü isə bazar günü baş tutacaq.
 
Premyer Liqa
22-ci tur
25 fevral (cümə)
 
AZAL - BAKI - 0:0
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Roman Vasilyev, Rəhim Həsənov.
Bakı. "Şəfa" stadionu.
 
Oyundan öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad olunur
Oyun başladı
Aqil Nəbiyev sarı vərəqə ilə cəzalanır
İbrahim Karqbo zədələnir və onu xərəkdə meydandan çıxarırlar
17. "Bakı" cərimə zərbəsi vurmaq imkanı qazansa da, lazımınca yararlana bilmir
19. Bunyevçeviçin uzaqdan zərbəsi AZAL-ın hesabı açmasıyla nəticələnmir
Komandaların mövqe mübarizəsi davam edir
27. AZAL-da erkən əvəzləmə. Nazim Süleymanov Gennadi Bliznyuku Anar Həsənovla əvəzləyir
35. Qvidas Yuska AZAL-ı hesabda önə keçirməyə yaxın olsa da Robert Petrovun ideal ötürməsindən dəqiq yararlana bilmir
Komandaların ehtiyalı oyunu qapılar qarşısında real qol vəziyyətlərinin yaranmasına imkan vermir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Bakı" fasilədən sonra daha istəkli görünür
Vaqif Cavadov cərimə zərbəsindən fərqlənmək imkanını əldən verir
55. Yuskanın uzaqdan zərbəsini Şarliya asanlıqla tutur
57. Əziz Quliyev sarı vərəqə ilə cəzalanır
"Bakı"nın heyətində Vaqif Cavadov zədələnib və həkimlər onu meydana qaytarmağa çalışır
64. Yuskanı Enyo Krastovçev əvəzləyir
Oyun tez-tez dayanır və darıxdırıcı bir oyun gedir
81. Həm Jaba, həm də İbekoyi sarı vərəqə ilə cəzalanır
82. AZAL-da Benouahini Mensur Limani əvəzləyir
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Oyun başa çatdı
 
NEFTÇİ – MOİK - 1:0 (1:0)
Qol: Flavinyo, 41.
Hakimlər: Ceyhun Haşımov, Yaşar Abbasov, Samir Hacıyev, Elnur Muradov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyundan öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad olunur
Oyun başladı
12. Bahodir Nasimovun ötürməsindən sonra Cavid Hüseynovun qol vurmasına son anda rəqib qapıçı mane olur
16. MOİK-in qolkiperi Cavid Hüseynovun daha bir zərbəsinin qarşısını alır
21. MOİK oyun ərzində ilk dəfə təhklükəli vəziyyət yaratdı. Lakin əvvəlcə qapıçı Elçin Sadıqov, sonra isə Ruslan Abışov təhlükəni sovuşdura bilir
33. Ruslan Əmircanov yaxın küncü nişan alsa da, qapıçı qola ikman vermir
38. "Neftçi"nin növbəti hücumunu rəqib futbolçular zərərsizləşdirirlər
40. Nasimovun başla zərbəsindən sonra Səlahət Ağayev topu tutur
41. "Neftçi" hesabı açır. Flavinyonun zərbəsindən sonra müdafiəçiyə toxunan top qapıdan keçir - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
İkinci hissədə meydana Mirhüseyn Seyidovun əvəzinə Cavid İmamverdiyev daxil olur
50. Elçin Sadıqov MOİK-in futbolçularının ardıcıl iki zərbəsini qaytarır
57. Elmar Baxşiyevi Ruslan Qurbanov əvəzləyir
65. Ruslan Qurbanovun ötürməsindən sonra Cavid İmamverdiyevin zərbəsini qapıçı tutur
71. S.Ağayev yenə də İmamverdiyevin zərbəsindən sonra topu qaytarır
78. Alessandro Viana da Silva Cavid Hüseynovun əvəzinə meydana çıxır
Matç başa çatdı
 
QARABAĞ - TURAN - 5:1 (3:0)
Qollar: E.Məmmədov, 9 (1:0), Adamiya, 10 (2:0), Adamiya, 16 (3:0), R.Əliyev, 53 (4:0), F.Əliyev, 57 (4:1), Admir Teli, 90 (5:1).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, İlham Əliyev, Anar Salmanov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
 
Oyundan öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad olunur
Oyun başladı
Futbolçular meydana qara sarğıyla çıxıb
Vuqar Nadirov sağ cinahla irəliləyib qapı ağzına ideal ötürmə etdi ki, Elvin Məmmədov da boş qapını nişan almaqda çətinlik çəkmədi - 1:0
10-cu dəqiqədə Adamiya topu qapı qarşısına ötürməyəbənzər formada göndərsə də, tora daxil olur - 2:0
Vüqar Nadirov sağ cinahda çox fəaldı. Bu dəfə də məhz onun fərdi ustalığı sayəsində rəqibini keçdikdən sonra qapıya endirdiyi zərbəni qapıçı Kamal Bayramov qaytara bilsə də, özünü çatdıran Adamiyanın təkrar zərbəsi darmadağının rəsmiləşməsinə şərait yaradır - 3:0
"Turan"da erkən əvəzləmə. Zədələnən Georgi Çediyanı Fərmayıl Əliyev əvəzləyir
"Qarabağ" 4-cü qolu vurmağa yaxın olsa da, son anda Rəşad Sadiqovun zərbəsi dəqiq olmur
Rauf Əliyevin qapı qarşısına ideal ötürməsini Vüqar qüvvətli zərbəylə tora qovuşdurmaq istəsə də, bu dəfə Kamal Bayramov komandasını real təhlükədən xilas edir
Elvin yenidən həmyerlilərini və keçmiş klubunu məyus etməyə yaxın olsa da, Bayramov onun dublunu rəsmiləşdirməsinə mane olur
38. Vüqardan daha bir ideal ötürmə... Lakin Adamiya het-trik şansını dəyərləndirə bilmir
İlk yarı başa çatır
İkinci hissə başladı
"Turan"da ikinci əvəzləmə. Xəyal Qarayevi Rəşid Həsənov əvəzləyir
"Qarabağ"ın qapısı qarşısında Fərhad Vəliyevlə rəqib oyunçu arasında hava mübarizəsi zamanı hər ikisi zədələnir. Lakin Fərhadın zədəsi daha ciddi olduğundan, onu Bojan Pavloviç əvəzləyir (51-ci dəqiqə).
53. "Qarabağ"dan əla bir hücum və qol. Elvin Məmmədovun sağ cinahdan qapı ağzına ideal ötürməsini Rauf Əliyev bir toxunuşla tora qovuşdurdu - 4:0
55. Meydan sahibləri daha bir qol vura bilərdi. Son anda müdafiəçilərdən biri təhlükəni sovuşdurur
57. Fərmayıl Əliyev Martin Kerçevin ötürməsini başla tora qovuşdurur - 4:1
Bu qol Ağdam klubunun yeni qapıçısı olan serbiyalının Azərbaycan Premyer Liqasında buraxdığı ilk top olur
Tovuzluların heyətində gənc Fərmayıl Əliyev fəallığı ilə xoş təsir bağışlayır
65. "Qarabağ"da Vüqar Nadirovu Əfran İsmayılov əvəzləyir
75. Rauf Əliyevi Andrey Rubins əvəzləyir
89. Elnur Abbasov boş qapıya gedən topu xəttdən kornerə çıxarır
90. Lakin künc zərbəsi zamanı Admir Teli Əfran İsmayılovun ötürməsini qolla tamamlayır - 5:1
Matç başa çatdı
 
1
Neftçi
22
14
6
2
40-9
48
2
Xəzər Lənkəran
21
13
5
3
25-11
44
3
Qarabağ
22
13
3
6
30-14
42
4
İnter
21
12
4
5
23-13
40
5
AZAL
22
9
9
4
27-16
36
6
Bakı
22
9
6
7
28-21
33
7
Qəbələ
21
8
6
7
19-14
30
8
Muğan
21
6
6
9
13-23
24
9
Gəncə
21
5
8
8
23-27
23
10
Turan
22
3
6
13
17-35
15
11
Simurq
21
2
6
13
12-33
12
12
MOİK
22
1
3
18
6-47
6
 
Bombardirlər:
15
- Bahodir Nasimov (Neftçi)
10 - Georgi Adamiya (Qarabağ)
9 - Qvidas Yuska (AZAL), Junivan Suares (Gəncə), Rauf Əliyev (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.