25 fevral 2011 00:04
Bu da son və ya AZAL Bakı`ya şans tanıyacaqmı?
Bu gün Azərbaycan Premyer Liqasında təsnifat mərhələsinin sonuncu – 22-ci turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, “altılıq” mərhələsi ərəfəsindəki son tur bir günlük fasilə ilə keçiriləcək.
Məsələ burasındadı ki, sabah Azərbaycanda Xocalı faciəsi ilə əlaqədar matəm günü kimi qeyd olunacaq. Məhz bu üzdən Peşəkar Futbol Liqası əslində sabah baş tutmalı olan görüşləri bu günə çəkib. Nəticədə hesabat turunun 3 görüşü bu gün, qalan 3-ü isə bazaar günü baş tutacaq.
Hesabat turunun ən prinsipial görüşlərindən olan AZAL - “Bakı” matçı da məhz həmin gün keçiriləcək. Elçin Məmmədova tapşırılan qarşılaşmada Aleksandr Startkovun komandası ilk altılıqda oynayacağına rəsmən aydınlıq gətirə bilər. Halbuki, ötən tura kimi onların buna nail olacağına inam çox az idi. İndi taleyi öz əlində olan “zolaqlılar” ən azı 1 xal qazanmalıdı ki, belə gözəl fürsəti əldən buraxıb, ikinci altılığa düşməsin. Axı məğlub olacaqları halda, bazaar günü “Gəncə”ni qəbul edəcək “Qəbələ” qələbə qazanaraq, yenidən 6-cı pilləyə çıxa bilər.
Lakin AZAL-ın da paytaxt derbisində asanlıqla xal vermək fikrində olmadığı da sirr deyil. Axı son turlarda Nazim Süleymanovun komandası ardıcıl xal itkiləri sayəsində vəziyyətini kifayət qədər pisləşdirib. Öz mövqelərini geri qaytarmaq üçün çalışan “təyyarəçilər” də bu görüşdə uğursuz seriyaya son qoymağa çalışacaqlar.
Bu gün həm də “Neftçi” MOİK-lə görüşdə ilk mərhələnin çempionu adını rəsmiləşdirə bilər. Hazırda əsas izləyicisi “Xəzər Lənkəran”dan 1 xal irəlidə olan “ağ-qaralar” mütləq qələbə qazanmalıdı ki, bunun da öhdəsindən gələcəkləri şübhə doğurmur. Axı çempionatın aşkar autsayderi ilə çempionluğa oynayan “Neftçi” arasında səviyyə fərqi çox böyükdü. Amma belə bir sensasiya olsa, çox güman ki, bu “Xəzər Lənkəran” üçün əsl göydəndüşmə olar. Cənubluların bundan nə dərəcədə yararlana bilmək şansı barədə bir qədər sonra…
Hələlik isə, ilk oyun gününün digər matçı barədə. Bu qarşılaşmanın nəticəsi digərləri ilə müqayisədə böyük əhəmiyyət daşımasa da, hər halda hər iki komanda üçün 3 xal baxımından vacibdi. Lakin “Qarabağ” həm də “Turan”dan qisas almağa çalışacaq. Axı Ağdam klubu heç kimin gözləmədiyi halda ölkə kubokunda Tovuz təmsilçisinə doğma meydanda uduzaraq, mübarizəni dayandırmışdı. Bu qisasın alınması Qurban Qurbanovun komandasının üçüncü pilləni ələ keçirməsi ilə də nəticələnə bilər. Çünki onların cəmi bir xal geri qaldıqları son çempion “İnter”i də bu tur asan oyun gözləmir və xal itirmək təhlükəsi var.
Son 5 ildə “Turan”ın bu rəqibini məğlub edə bilməməsi “Qarabağ”ın şanslarını artıran məqamlardandı. Ancaq ötən tur ilk yenilgisi ilə üzləşən Naci Şensoyun bu sindroma son qoymaq üçün bütün bacarığını işə salıb, hansısa sensasiyaya imza atmasını da gözləməyə dəyər. Axı elitada qalmağı hədəfləyən Tovuz klubu üçün də hər xal qızıla bərabərdi.
Bir günlük fasilədən sonra - bazar günü keçiriləcək görüşlər arasında isə diqqətlər daha çox “İnter” – “Xəzər Lənkəran” görüşünə yönələcək. Təbii ki, lider “Neftçi” inandırıcı olmasa da, MOİK-lə görüşdə xal itkisiylə üzləşsə, Mirça Rednikin komandası nəyin bahasına olur-olsun, “bankirlər”lə dueldə bu şansı dəyərləndirib, ilk mərhələnin çempionu olmağa çalışacaq. Ancaq heç bu mümkün olmasa da belə, cənublular bu çətin səfərdən 3 xalla dönməyə borcludu. Axı əks halda liderlə aralarındakı xal fərqi arta bilər.
Lakin cənublular üçün “İnter”lə səfər oyunlarının uğurlu olmadığını da unutmaq lazım deyil. “Şəfa”dakı çempionat görüşlərində cənublular qələbə üzünə həsrətdi ki, indi bu uğursuz seriyaya Mirça Rednik son qoymağa çalışacaq. Baxmayaraq ki, “Birlik Kuboku”nun son sahibi, hazırkı Azərbaycan çempionu “İnter” də bu prinsipual görüşdə ancaq 3 xal qazanmağa köklənib. Axı belə olan halda “bankirlər” XL-la xal fərqini minimuma endirə bilər.
“Altılıq” iştirakçılarına böyük ölçüdə aydınlıq gəlib ki, yalnız son vəsiqənin sahibi dəqiqləşməyib. Bu, ya “Bakı”, ya da “Qəbələ” olacaq. Ən real şans birincilərdədir. Çünki “Qəbələ”dən fərqli “Bakı”nın taleyi öz əlindədir. Son ölkə kubokunun qalibinə “altılığ”a düşmək üçün AZAL-la səfər oyununda uduzmamaq da yetərlidir. Yəni “Bakı” 1 xal, “Qəbələ” qələbə qazansa, xallar bərabərləşəcək və paytaxt klubu şəxsi oyunların hər ikisində qalib gəldiyindən, üstün durumda olacaq. Ancaq “zolaqlılar” cari çempionatın debütündə evdə AZAL-a uduzduğundan, həm bunun əvəzini çıxmalı, həm də lazımı qələbə sayəsində, həmşəhərlilərini turnir cədvəlində arxada qoymalıdır.
Günün daha bir maraqlı və prinsipial dueli “Qəbələ” ilə “Gəncə” arasında baş tuta bilər. Lakin etiraf etmək lazımdı ki, bu görüşün daha maraqlı olması üçün AZAL-ın “Bakı”ya qalib gəlməsi daha böyük rol oynayacaq. Lakin son dövrlər heç cür özünə bənzəməyən Toni Adamsın komandası istənilən halda, evdə “Gəncə”yə qalib gəlməlidi. Təbii ki, “Bakı” xalsız qalsa, qəbələlilər çıxışlarını birinci altılıqda davam etdirmək hüququ qazanacaqlar. “Zolaqlılar” medallar uğrunda yarışmaq hüququnu təmin edəcəyi halda isə, ən azı bölgə təmsilçisi uğursuz gedişata son qoymasına sevinmiş olacaq.
Turun daha bir qarşıdurması isə “Muğan”la “Simurq” arasında baş tutacaq. Son iki oyununda iki iddialı komandadan birini məğlub edib (Qəbələ), digərindən (Bakı) xal alan Salyan klubu səfərdə autsayderlər qrupunda qərarlaşan Zaqatala təmsilçisiylə münasibətlərinə aydınlıq gətirəcək. Qyoko Haciyevski komandasını qış transfer pəncərəsində təcrübəli futbolçularla gücləndirsə də, bunun faydası hələ hiss olunmur. İddialıların qənimiylə dueldə necə olacağını isə zaman göstərəcək.
Premyer Liqa
22-ci tur
25 fevral (cümə)
Qarabağ - Turan
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, İlham Əliyev, Anar Salmanov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Asif Namazov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14:00.
AZAL - Bakı
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Roman Vasilyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
Neftçi – MOİK
Hakimlər: Ceyhun Haşımov, Yaşar Abbasov, Samir Hacıyev, Elnur Muradov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
27 fevral (bazar)
Qəbələ - Gəncə
Hakimlər: Ramil Diniyev, Azad Ə. Hüseynov, Azad Q. Hüseynov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Akif Məmmədov.
Qəbələ. Şəhər stadionu. Saat 14:00.
Simurq – Muğan
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Elşən Acalov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Qurban Məmmədov.
Zaqatala. Şəhər stadionu. Saat 14:00.
İnter - Xəzər Lənkəran
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Munis Abdullayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
|
1
|
Neftçi
|
21
|
13
|
6
|
2
|
39-9
|
45
|
|
2
|
Xəzər Lənkəran
|
21
|
13
|
5
|
3
|
25-11
|
44
|
|
3
|
İnter
|
21
|
12
|
4
|
5
|
23-13
|
40
|
|
4
|
Qarabağ
|
21
|
12
|
3
|
6
|
25-13
|
39
|
|
5
|
AZAL
|
21
|
9
|
8
|
43
|
27-16
|
35
|
|
6
|
Bakı
|
21
|
9
|
5
|
7
|
28-21
|
32
|
|
7
|
Qəbələ
|
21
|
8
|
6
|
7
|
19-14
|
30
|
|
8
|
Muğan
|
21
|
6
|
6
|
9
|
13-23
|
24
|
|
9
|
Gəncə
|
21
|
5
|
8
|
8
|
23-27
|
23
|
|
10
|
Turan
|
21
|
3
|
6
|
12
|
16-30
|
15
|
|
11
|
Simurq
|
21
|
2
|
6
|
13
|
12-33
|
12
|
|
12
|
MOİK
|
21
|
1
|
3
|
17
|
6-46
|
6
|
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL) – 9, Deon Barton (Qəbələ), Rauf Əliyev, Georgi Adamiya (hər ikisi "Qarabağ") – 8.
