25 fevral 2011 12:43
Arif Əsədov MOİK ilə oyunda eksperimentlərə əl atacaq
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın təsnifat mərhələsinin sonuncu – 22-ci turunun MOİK ilə bu günkü oyununda eksperimentlərə əl atacaq. Azerisport.az saytına müsahibəsində “ağ-qaralar”ın çalışdırıcısı bu günkü görüşlə bağlı bunları dilə gətirib:
“Biz hər oyuna ancaq qələbə qazanmaq üçün çıxırıq. Ancaq gizlətmək istəmirəm ki, bu dəfəki görüşdə biz daha çox əsas heyətə düşməkdə bir qədər çətinlik çəkən futbolçulara şans verəcəyik. Əsas qapıçımız Rauf Mehdiyev, zədəli Yasin Hima, Denis Silva və Slavko Georgiyevski bu qarşılaşmada forma geyə bilməyəcək. Ancaq buna baxmayaraq, məqsədimiz dəyişməzdi: qələbə qazanmaq və ilk mərhələni çempion kimi başa vurmaq”.
