25 fevral 2011 13:04
Qol vurdu, faciəyə səbəb oldu (VİDEO)
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin “Villarreal” ilə “Napoli” arasında “El Madrigal” stadionunda keçirilən cavab görüşündə maraqlı bir olay yaşanıb. Azerisport.az xəbər verir ki, türkiyəli hakim Cüneyt Çakırın idarə etdiyi qarşılaşmada hesabı açan İtaliya klubunun üzvü Marek Hamşik bu sevincini azarkeşlərlə bölüşmək istəyərkən, faciəyə səbəbkar olub. Belə ki, azarkeşlərin axışdığı tribunanın kənarı onların ağırlığına davam gətirməyərək çöküb. Qeyd edək ki, İtaliyadakı oyun qolsuz tamamlandığından, cavab görüşündə 2:1 hesablı əzmkar qələbəyə sevinən “Villareal” mərhələ adlayan tərəf olub.
