26 fevral 2011 13:26
Həmyerlilərimizin klubu öz meydanında oynamaqdan məhrum edildi
Rusiyanın “Anji” və “Zenit” klubları arasındakı kubok oyunu Mahaçqalada keçirilməyəcək. Azerisport.az xəbər verir ki, bu haqda Rusiya Futbol İttifaqının çıxardığı qərarda bildirilir.
Mahaçqala klubunun Sankt-Peterburq təmsilçisiylə martın 1-nə planlaşdırılan görüşünün doğma meydanda keçirilməsinə “Dinamo” stadionunun meydançasının hazır vəziyyətdə olmaması səbəb olub. Məhz bu üzdən “Anji”yə ev oyunu üçün başqa stadion tapmaq tapşırığı verilib.
Hələlik, Rusiya kubokunun 1/8 final mərhələsinin sözügedən görüşünün hansı stadionda oynanılacağı bilinmir. Maraq üçün qeyd edək ki, “Anji”də millimizin üzvü Mahir Şükürov çıxış edir. Onunla yanaşı Vaqif Sadıqov və Emin Ağayev də məhz Mahaçqala klubunda çalışır.
