26 fevral 2011 13:44

Venansio Lopes: Azərbaycanla oyunda şanslarımız bərabərdi

Futzal üzrə İspaniya yığma komandasının baş məşqçisi Xose Venansio Lopes azerisport.az saytının suallarını cavablayıb.
 
- Seçmə mərhələnin ilk iki turunu necə dəyərləndirərdiz?
- Birinci oyun ikincidən fərqlənirdi. Məsələn, Fransayla oyunda rəqib daha çox müdafiə olunmağa üztünlük verirdi, nəinki qol vurmağa. Qazaxıstan isə həm müdafə olunmağa, həm də hücumlar qurmağa çalışırdı. Ona görə qazaxlarla oyun daha maraqlı alındı.
 
- Qrupdakı son oyunda rəqibiniz olan Azərbaycan yığması haqda nə deyə bilərsiz?  
- Hələlik dəqiq heç nə deyə bilmərəm. Öncə biz onlarla oynamalıyıq. Məhz həmin oyundan sonra mən azərbaycanlıların oyununa qiymət verə bilərəm. Ancaq bütövlükdə komanda son Avropa çempionatında 4-cü yeri tutan heyətini saxlayıb. Azərbaycan əla müdafiə olunmağı bacarır, gözəl hücumlar qurur. Onlarda bir az anlaşma aşağı səviyyədədi. Ümumiyyətlə, mən hesab edirəm ki, Azərbaycan yığması qitənin ən yaxşı komandalarından biridi. Bu komanda hər il inkişaf edir.
 
- Azərbaycanla oyunda sizi qələbə qane edir, yoxsa heç-heçəni də normal nəticə sayacaqsız?
- Biz daim qələbə üçün oynayırıq. Ancaq mənə elə gəlir ki, bu oyunda hər iki komanda eyni səviyyəli oyun sərgiləyəcək. Maraqlı oyun olacaq. Çalışacağıq ki, qələbə qazanaq.
 
- Azərbaycan millisində hansı oyunçuların çıxışını fərqləndirərdiz?
- Azərbaycanın əla qapıçısı var. Andrey Tveryankindən heç də geri qalmayan Serjao, Felipe, Fərzəliyev, Tyaqo, Maşado, Borisov var. Məhz bunların sayəsində Azərbaycan millisi yüksək səviyyəli oyun sərgiləməyi bacarır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.