26 fevral 2011 14:56
Mahir Şükürovu Qroznıya göndərirlər
Rusiya kubokunun 1/8 final mərhələsinin “Anji” – “Zenit” matçınn keçirilmə yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Rusiya Futbol İttifaqının Mahaçqaladakı “Dinamo” stadionunun bu oyunu qəbul etməyə hazır olmaması səbəbindən başqa şəhərdə oynanılmasına qərar verdiyi qarşılaşma Qroznıda baş tutacaq.
Qeyd edə ki, sözügedən şəhərin həmin arenasında “Terek” öz ev oyunlarını keçirir. Sözügedən qarşılaşma mart ayının 1-də baş tutacaq.
Maraq üçün xatırladaq ki, “Anji”də millimizin üzvü Mahir Şükürov çıxış edir.
