26 fevral 2011 15:32

Ramim: Bundan sonrakı bütün oyunlarımız 6 xallıq xarakter daşıyacaq

“Bakı”nın və Azərbaycan yığmasının yarımmüdafiəçisi Fabio Luis Ramim azerisport.az saytına müsahibəsində “altılığ”a vəsiqə qazanmalarından və şanslarından danışıb.
 
- “Bakı” hər şeyə rəğmən ilk altılığa düşə bildi. Belə nəticəni gözləyirdiz?
- Hamı başa düşürdü ki, bizim növbəti mərhələyə vəsiqə qazanmağımız üçün cəmi 1 xal kifayətdi. Çətin oyun oldu. Fikrimcə, komandamız daha yaxşı oynadı. Yaxşı ki, istəyimizə nail olduq.
 
- Siz bu oyunda ancaq heç-heçə etməyə köklənmişdiz?
- Yox, biz qələbə qazanmaq istəyirdik. Əgər 3 xal qazanmaq imkanı varsa, niyə başqa şey haqda düşünməliydik? Axı biz təkcə ilk altılığa vəsiqə qazanmağı yox, həm də qarşıdakı mübarizəni düşünürdük.
 
- Amma sizin oyununuz tam fərqli şey deyirdi...
- Bizim oyunda sadəcə sürət çatışmırdı. Bəzi amillər var idi ki, bunlar da AZAL-ı məğlub etməyimizə mane oldu. Aleksandr Starkov yeni gəlib və ona vaxt lazımdı ki, komandada hər şeyi qaydasına salsın. Hər şey dərhal düzəlmir.
 
- Yeri gəlmişkən, oyun çox sərt keçdi. Hər iki komandada tez-tez həkim yardımına ehtiyac duyan futbolçular var idi...
- Hava soyuq idi. Bəzi toqquşmalar qəsdən olsa da, çoxu oyun epizodunda yaranırdı. Digər tərəfdən hər iki komandaya xal lazım idi. AZAL artıq çoxdandı qələbə qazanmırdı. Buna görə də oyunçular meydanda döyüşürdü.
 
- Bundan sonra nə düşünürsüz?
- İlk növbədə unutmamalıyıq ki, ilk altılığa vəsiqə qazanmışıq. İndi sakitcə Premyer Liqanın həlledici oyunlarına və ölkə kubokuna hazırlaşa bilərik.
 
- Yeri gəlmişkən, “Bakı” liderlər qrupundan çox geri qalır...
- Təbii ki, çempionatın ilk dövrəsində çoxlu xal itirmişik. Ancaq fərq ola bilər ki, tez bir zamanda ərisin. Axı bütün oyunlar 6 xallıq xarakter daşıyacaq. Bizim 3 qələbəmizlə rəqiblərimizin 3 ardıcıl yenilgisi hər şeyi dəyişə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.