26 fevral 2011 15:52
Rednik Sxadadze ilə münaqişəsindən danışdı
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 22-ci turunun sabah baş tutacaq “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində rumıniyalı mütəxəssis son ölkə çempionu ilə qarşıdakı görüş öncəsi həm də rəqib komandanın çalışdırıcısı Kaxaber Sxadadze ilə problemə toxunub:
“Əgər AFFA Sxadadzeni texniki zonanı tərk etdiyinə görə cəzalandırırsa, bu, mənim yox, onun öz günahıdı. Yeri gəlmişkən, mən komandamız Antalyada hazırlıq keçərkən “İnter”in baş məşqçisinə yaxınlaşdım və ona diskvalifikasiya olunmasına görə təəssüfümü bildirdim. Bütün problemlər də yerindəcə unuduldu. Məsələ burasındadı ki, ingiliscə artıq çoxları bilir. Buna görə də Sxadadzenin söyüşlərini hər kəs başa düşdü”.
