26 fevral 2011 16:47

Türkiyəli futbolçular Hiddinki boğaza yığıb

AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink komandasının hazırkı durumundan şikayətlənib. Azerisport.az xəbər verir ki, Türkiyə futbolunda yeni istedadların yetərli olmadığına, futbolçu düşüncəsinin aşağı olmasına diqqət çəkən hollandiyalı mütəxəssis bir sıra maraqlı fikirlər səsləndirib.
 
Xüsusilə türkiyəli futbolçuların hakimlərlə mübahisələrə girişməsindən bərk narazı olan Hiddink bunları dilə gətirib: “Türkiyə futbolunun gələcəyi sağlam təməllərə söykənməlidi. Bunu bacarmaq üçün də mənim bəzi qaydalarım, şərtlərim var. Çox yaxşı bir futbolçu ola bilərsiz. Amma əgər hirs, hiss və duyğularınıza hakim ola bilmirsizsə, bu, bir işə yaramaz. Hər dəfə hakimə etiraz etmək olmaz. Hakim, verdiyi qərrarlarda haqlı və ya haqsız ola bilər, biz futbolumuzu oynamalıyıq. Hər dəfə hakimin üstünə qaçıb etiraz etməyin heç bir məntiqi yoxdu. Cənubi Koreya matçında bunu yaşadıq. Əgər komandamızda bu tip futbolçulardan 5-6-sı varsa, deməli işimiz çətindi. “Twente”, “Ajax” və PSV-nin Avropa arenasında əldə etdikləri uğurlar buna ən böyük örnəkdi. Hər üç klub “Anderlecht”, “Lille” və “Rubin” kimi önəmli rəqiblərini mübarizədən kənarlaşdırmaqla, Avropa sıralamasında Hollandiyanı Türkiyənin önünə keçirdi”.
 
Sonda onu da qeyd edək ki, Hiddink artıq son vaxtlar tez-tez bu mövzuya toxunur və belə görünür ki, türkiyəli oyunçuların intizamsızlığı onu həqiqətən boğaza yığıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.