27 fevral 2011 17:52

XL çempionu da sıradan çıxardı (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, bir günlük fasilədən sonra “altılıq” mərhələsi ərəfəsindəki sonuncu – 22-ci turun qalan 3 görüşü də baş tutub.
 
Qeyd edək ki, günün ilk iki oyunu artıq ikinci altılıqda çıxış edəcəkləri dəqiqləşən 4 komanda arasında keçirildi. "Muğan" səfərdə "Simurq"u məğlub edibsə, "Qəbələ" ilk dövrdədə olduğu kimi, yenə "Gəncə"ylə qolsuz heç-heçəyə razılaşıb. Turun mərkəzi görüşündə isə ilk altılıqda yer alan və çempionluq uğrunda mübarizə aparan “İnter”lə “Xəzər Lənkəran” görüşüb. Lakin cənublular bu görüşdə daha parlaq oyun nümayiş etdirərək, böyük uğura imza atıb. Nəticədə liderlə xal fərqini qoruyan lənkəranlılar həm də "Qarabağ"ın üçüncü pillədə qalmasına şərait yaratmış oldu. Qeyd edək ki, elə bu oyunla da təsnifat mərhələsinə yekun vurulmuş oldu.
 
Premyer Liqa
22-ci tur
27 fevral
 
İNTER – XƏZƏR LƏNKƏRAN - 1:3 (0:2)
Qollar: Kyaku, 9 (0:1), Pit, 16 (0:2), Parks, 50 (0:3), Karlsons, 90 (1:3).
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Munis Abdullayev, Rauf Cabbarov.
Bakı. "Şəfa" stadionu.
 
Oyun başladı
Hər iki komandanın azarkeşləri meydanda çox gözəl atmosfer yaradıb. Görüş Bakıda keçirilsə də, cənublu tərəfdarlar daha çoxdu
"İnter" daha fəal başlayıb
Kruqlovun sol cinahdan asması təhlükəli olur
9. Lomayanın çox kobud səhvindən sonra Xristu Kyaku hesabı açır - 0:1
Oyunu "Neftçi"nin bir neçə futbolçusu da izləyir
Zlatinovun çox təhlükəli zərbəsi zamanı XL-nı qapı tiri qoldan xilas edir
16. Adrian Pit meydan sahiblərini ikinci dəfə cəzalandırır - 0:2
Parks qapıya çox təhlükəli zərbə endirir. O, ilk dəqiqələrdən XL-ın heyətində fəallığıyla seçilir
Qonaqlar müəyyən ərazi üstünlüyünə malik olsa da, hazırda oyun mərkəz xəttində gedir
Maraqlıdı ki, uduzan tərəf "İnter" olsa da, Kaxaber Sxadadze sakit görünür. Mirça Rednik isə bir epizodda əsəbləşərək, papağını yerə çırpır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Fasilədən də sonra üstünlüyünü davam etdirən XL Parksın sayəsində üçüncü qola sevinir - 0:3
59. Elvin Beqiri cərimə meydançasında qaydanı pozaraq penaltiyə səbəb olur
60. Girts Karlsons penaltidən vurulan qolla hesab arasındakı fərqi azaldır - 1:3
XL azarkeşləri hakimin qərarından narazıdılar. Onlar hətta buna etiraz olaraq oturacaqları qıraraq, meydana atmağa başlayırlar. Lakin atılanlar meydana çatmır
"İnter" məğlubiyyətdən yaxa qurtarmaqçün çalışır. Topa daha çox meydan sahibləri nəzarət etsə də, qonaqlar əks-hücumlara üstünlük verir
Baş hakim Rövşən Əhmədov Rednikin əsas köməkçisi Razvan Teyanı texniki zonadan qovur
Matç başa çatdı
 
SİMURQ – MUĞAN - 0:1 (0:0)
Qol: Con Pelu, 82 (0:1).
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Elşən Acalov, Vüsal Əliyev.
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
Meydan sahibləri görüşə daha fəal başlayıb
Oyun mərkəzdə gedir və hələlik qapılar qarşısında ciddi təhlükə yaranmayıb
Fərid Quliyev 2 metrlik məsafədən topu tora qovuşdura bilmir
Qonaqlar hücum qurmaqda çətinlik çəkirlər
İlk hissə qolsuz başa çatır
İkinci hissə başlayır
Fasilədən sonra hər iki komanda fəallığıyla seçilir
Mario Souza qapıçıyla üz-üzə qalsa da, qonaqların qapısına yol tapa bilmir. Amil Ağacanov komandasını qoldan xilas edir
Nəhayət ki, hesab açılır. Con Pelu qonaqları hesabda önə keçirir - 0:1
Matç başa çatdı
 
QƏBƏLƏ - GƏNCƏ - 0:0
Hakimlər: Ramil Diniyev, Azad Ə. Hüseynov, Azad Q. Hüseynov, Rasim Məmmədov.
Qəbələ. Şəhər stadionu.
 
Oyundan öncə Xocalı soyqırımı münasibətilə 1 dəqiqəlik sükut elan olunur
Oyun başladı
7. Kristian Torres "Qəbələ"ni hesabda önə keçirməyə yaxın olsa da, Edis Kurtanoviç komandasını real təhlükədən xilas edir
24. Abdulkader Kamara kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
29. "Gəncə"nin heyətində Qrebis sarı vərəqə alır
30. Subaşiçin cərimə zərbəsi təhlükəli olsa da, dəqiq deyil
42. "Gəncə"də Ramal Hüseynov rəqib oyunçulardan Murad Hüseynovla mübahisəyə girişdiyi üçün hakim tərəfindən kifayət qədər sərt cəzalandırılır. Baş hakim onu birbaşa qırmızı vərəqə ilə meydandan qovur
43. "Gəncə"də erkən əvəzləmə. Zurab Dzamsaşvili Patris Nikeu ilə əvəzlənir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Qəbələ"də Kamaranı Bruno da Silva əvəzləyir
55. Nukeunun zərbəsi az qala qolla nəticələnəcəkdi. Son anda Doroşev "Qəbələ"ni xilas edir
58. "Qəbələ"də Nodar Məmmədov kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
62. Meydan sahiblərinin heyətində Subaşiçi Nuran Qurbanov əvəzləyir
70. "Gəncə"də Qrebisin əvəzində meydana Sabir Allahquliyev çıxır
79. Toni Adams ikinci hissədə meydana çıxardığı Nuran Qurbanovu Arif İsayevlə əvəzlədi
88. Tarlea yaxın məsafədən yüzfaizli qol imkanını qaçırır
Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Ramazan Abbasovu Samir Abdulov əvəzləyir
Matç başa çatdı
 
22-ci turun ilk 3 oyunu fevralın 25-də keçirilib: Qarabağ – Turan – 5:1, AZAL – Bakı – 0:0, Neftçi – MOİK – 1:0.
 
1
Neftçi
22
14
6
2
40-9
48
2
Xəzər Lənkəran
22
14
5
3
28-12
47
3
Qarabağ
22
13
3
6
30-14
42
4
İnter
22
12
4
6
24-16
40
5
AZAL
22
9
9
4
27-16
36
6
Bakı
22
9
6
7
28-21
33
7
Qəbələ
22
8
7
7
19-14
31
8
Muğan
22
7
6
9
14-23
27
9
Gəncə
22
5
9
8
23-27
24
10
Turan
22
3
6
13
17-35
15
11
Simurq
22
2
6
14
12-34
12
12
MOİK
22
1
3
18
6-47
6
 
Bombardirlər:
15
- Bahodir Nasimov (Neftçi)
10 - Georgi Adamiya (Qarabağ)
9 - Qvidas Yuska (AZAL), Junivan Suares (Gəncə), Rauf Əliyev (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.