26 fevral 2011 11:48

Aqil Nəbiyev: İlk altılığa 5-6-cı yerləri tutmaq üçün çıxmamışıq

AZAL-ın kapitanı Aqil Nəbiyev Premyer Liqanın 22-ci turunun “Bakı” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- Çoxları belə proqnozlaşdırırdı ki, AZAL “Bakı” ilə heç-heçə oynayacaq...
- Oyundan öncə bu haqda çox danışılırdı. Ancaq biz “Bakı” ilə belə danışıqlarara getməmişdik. Turdan öncə biz ilk altılıqdakı yerimizi təmin etdiyimizdən bu dəfə sadəcə əlavə xal toplamaq istəyirdik. Axı avrokuboklara düşmək üçün bizim hər belə oyundan qələbəylə ayrılmağımız lazımdı. Ancaq hər iki komandalar ehtiyatlı oynadı. Məncə, AZAL qələbəyə yaxın idi.
 
- Hesab etmirsiz ki, ehtiyatlı oyun da məhz bu danışıqlar haqda deyilənləri təsdiqləyir?
- Mən həmişə belə şeylərə qarşı olmuşam. Ona görə bu haqda danışmağı da xoşlamıram. AZAL belə şeylərə heç vaxt getmir. Yeri gəlmişkən, mümkündü ki, mən mövsümün sonunda komandadan gedim.
 
- Bu nə ilə bağlıdı ki? Daha sərfəli təklif var?
- Mən bu haqda ciddi düşünürəm. Təklifə gəlincə, o, çoxdan var. Bu, yerli klubdu. Türkiyənin birinci liqasından da dəvət var idi. Ancaq ora gedişim alınmadı.
 
- Sizin hazırkı komandanız artıq 7 turdu qələbə qazana bilmir. Bu, nə ilə bağlıdı?
- Mən bunu dramatikləşdirməyin əleyhinəyəm. Biz sadəcə 2 oyunda uduzmuşuq. Qalanlarında bildiyiniz kimi, sadəcə heç-heçə etmişik. Müdafiədə bizdə hər şey qaydasındadı. Problemimiz sadəcə hücum xəttindədi. Bunun üzərində də işləyirik.
 
- Hələlik sizdə bu, heç də yaxş alınmır...
- Biz ilk altılığa 5-6-cı yerləri tutmaq üçün çıxmamışıq. Bizim əsas vəzifəmiz avrokuboklardan birində çıxış etməkdi.
 
- Son oyunun gedişində Vaqif Cavadovla mübarizə zamanı onun burnunun qanaması Fizulu Cavadovun sizlə mübahisəsinə səbəb oldu...
- Mən Vaqifə qarşı qəsdən heç nə etmədim. Bu, sadəcə oyun epizodu idi. Fizuli Cavadov mənim atam yaşdadı. Mən onu tanıdım. Əgər bu hansısa başqa bir azarkeş olsaydı, mən buna reaksiya verməzdim. Vaqif elə vəziyyət yarandığına üzr də istədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.