26 fevral 2011 00:04

Yığmamızın baş məşqçisi razı qaldı, Pyer Jak təriflədi

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis komandamızın 4:2 hesabıyla qələbə qazandığı görüşlə bağlı bunları dilə gətirib:
 
“Dünənki oyunla müqayisədə bu gün komandamdan razıyam. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Rəqibi də yaxşı analiz etmişdik. İspaniya haqda isə sabah düşünməli olacağıq. Mən Azərbaycana gələncə yaxşı yerli oyunçular görməmişdim. Biz o məsələ üzərində işləyirik ki, yeni azərbaycanlı futzalçılarımız olsun”.
 
Fransa millisinin çalışdırıcısı Pyer Jak isə bunları söyləyib: “Biz onsuz da Azərbaycan üzərində qələbə qazanacağımızı gözləmirdik. Ancaq istənilən halda qapımızdan buraxılan erkən qol sözünü dedi. Belə komandayla oynamaq bizim gənc futzalçılarımız üçün böyük təcrübədi. Mənim üçün İspaniya və Azərbaycan yığmaları arasında müqayisə aparmaq çətindi. Azərbaycanlı oyunçular fərdi oyunlarda çox yaxşıdılar, fiziki və texniki cəhətdən güclüdülər. Amma ispanlarda əla kollektiv oyunu var. Onlara bazar günü çətin olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.