26 fevral 2011 00:07

Altılıq müəyyənləşdi, qaldı medalları bölüşmək

Premyer Liqada təsnifat mərhələsinin sonuncu – 22-ci turunun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, “altılıq” mərhələsi ərəfəsindəki son turun ilk oyun günü bir çox mətləblərə aydınlıq gətirdi.
 
Şübhəsiz ki, ilk oyun günündə ən çox maraq doğuran məqam ilk altılığa son vəsiqəyə “Bakı”nın sahib çıxıb-çıxmayacağı ilə bağlıydı. Hansı ki, bu suala da hesabat turunun ən prinsipial görüşlərindən olan AZAL - “Bakı” matçında aydınlıq gətirildi. Ötən tura kimi Aleksandr Starkovun komandasının buna nail olacağına inam çox az olsa da, artıq bu dəfə taleyi öz əlində olan “zolaqlılar” ən azı 1 xal qazanmalıydı. Axı məğlub olacaqları halda, bazar günü “Gəncə”ni qəbul edəcək “Qəbələ” qələbə qazanaraq, yenidən 6-cı pilləyə çıxa bilərdi. Son turlarda Nazim Süleymanovun komandası ardıcıl xal itkiləri sayəsində vəziyyətini kifayət qədər pisləşdirdiyindən, onların da qələbəyə oynayacağını proqnozlaşdırmaq olardı.
 
Lakin sonda paytaxt klubları heç-heçəyə razılaşdılar ki, bu nəticə də daha çox ölkə kubokunun son qalibi “Bakı”nı sevindirdi. Bu isə bazar günü baş tutacaq “Qəbələ” – “Gəncə” oyununun gözlənildiyi qədər prinsipial əhəmiyyətə malik olmayacağından xəbər verir. İlk altılığın bütün iştirakçıları məlum olduğundan Toni Adamsın komandası sadəcə ikinci altılıqda lider olmaq üçün gəncəliləri məğlub yola salmağa çalışacaq.
 
İlk oyun günündə həm də “Neftçi” MOİK-lə görüşdə ilk mərhələnin çempionu adını rəsmiləşdirdi. Əsas izləyicisi “Xəzər Lənkəran”dan 1 xal irəlidə olan “ağ-qaralar” mütləq qələbə qazanmalıydı ki, bunun da öhdəsindən gələcəkləri şübhə doğurmurdu. Axı çempionatın aşkar autsayderi ilə çempionluğa oynayan “Neftçi” arasında səviyyə fərqi çox böyük idi. Lakin Arif Əsədov bu görüşdə daha çox əvəzedici heyətin üzvlərinə üstünlük verdiyindən, lider heç də asanlıqla qələbə qazanmadı. “Ağ-qaralar” bu görüşdə sadəcə qazanılan 3 xala sevinə bilər. Sərgilənən oyun isə heç baş məşqçi Arif Əsədovun ürəyincə olmadı.
 
İlk oyun gününün daha bir görüşü isə “Qarabağ”la “Turan” arasında baş tutdu. Bu qarşılaşmanın nəticəsi digərləri ilə müqayisədə böyük əhəmiyyət daşımasa da, hər halda hər iki komanda üçün 3 xal baxımından vacib idi. Lakin Ağdam klubu həm də “Turan”dan qisas almağı hədəfləyirdi. Axı Ağdam klubu heç kimin gözləmədiyi halda ölkə kubokunda Tovuz təmsilçisinə doğma meydanda uduzaraq, mübarizəni dayandırmışdı. Gözlənildiyi kimi, Qurban Qurbanovun yetirmələri Naci Şensoyun komandasından bütün acığını çıxdı. Düzdü, qonaqlar 1 qol vursa da, hər halda buraxılan 5 topun qarşılığında bu, təsəllidən başqa heç nə ola bilməz.
 
Bu qisasın alınması həm də “Qarabağ”ın üçüncü pilləni ələ keçirməsi ilə də nəticələndi. Onların son çempion “İnter”i qabaqlaması isə, heç də müvəqqəti olmaya bilər. Axı “bankirlər”u bu tur heç də asan oyun gözləmir və xal itirmək təhlükəsi var. Hər halda “Xəzər Lənkəran”da prinsipial qarşılaşmada qələbə qazanılmasa, ağdamlıların üçüncülüyü ən azı “altılıq” mərhələsinin startına kimi qüvvədə qalacaq.
 
Qeyd edək ki, bu gün Azərbaycanda Xocalı faciəsi ilə əlaqədar matəm günü kimi qeyd olunacaq. Məhz bu üzdən Peşəkar Futbol Liqası əslində bu gün baş tutmalı olan görüşləri dünənə keçirmişdi. Hesabat turunun qalan 3 görüşü də bazar günü baş tutacaq.
 
Premyer Liqa
22-ci tur
 
Qarabağ - Turan - 5:1
Qollar: Elvin Məmmədov, 9 (1:0), Georgi Adamiya, 10 (2:0), Goergi Adamiya, 16 (3:0). Rauf Əliyev, 53 (4:0), Fərmayıl Əliyev, 57 (4:1), Admir Teli, 90 (5:1).
Vərəqə: yoxdu.
Hakimlər: Əliyar Ağayev, İlham Əliyev, Mehman Mahmudov, Anar Salmanov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Asif Namazov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
25 fevral 2011. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 300 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev (k) (99. Boyan Pavloviç, 52), 2. Qara Qarayev, 4. Zaur Həşimov, 6. Rəşad Sadiqov, 7. Namiq Yusifov, 9. Elvin Məmmədov, 11. Rauf Əliyev (19. Andreys Rubins, 75), 17. Vüqar Nadirov (22. Əfran İsmayılov, 65), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 13. Samir Abasov, 15. Ayxan Abbasov, 20. Nderim Nedzipi, 72. Devran Ayhan.
Baş məşqçi: Qurban Qurbanov.
Turan: 85. Kamal Bayramov, 2. Hüseyn İsgəndərov, 3. Vurğun Hüseynov (k), 6. Elnur Abbasov, 10. Xəyal Qarayev (19. Rəşid Həsənov, 46), 14. Viktor Qonta (8. Akif Tağıyev, 65), 16. Oleq Qvelesiani, 20. Georgi Beriaşvili, 24. Georgi Çediya (45. Fərmayıl Əliyev, 20), 25. Martin Kerçev, 26. Boris Kondev.
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 11. Azər Məmmədov, 21. Rəşad Orucov, 22. Məhərrəm Müsümzadə.
Baş məşqçi: Naci Şensoy
 
AZAL - Bakı - 0:0
Vərəqələr: Aqil Nəbiyev, 4, Zohair Benouahi, 31, Mirko Bunyevçeviç, 73, Viktor İbekoyi, 82 - Əziz Quliyev, 57, Jaba, 82 - sarı.
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Roman Vasilyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
25 fevral 2011. “Şəfa” stadionu. 500 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 6. Ritus Krjauklis, 9. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi (16. Mensur Limani, 82), 15. Qvidas Yuska (24. Enyo Krastovçev, 65), 20. Gennadi Bliznyuk (22. Anar Həsənov, 27), 21. Mirko Bunyevçeviç.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Tərlan Xəlilov, 17. Vüsal Qarayev, 8. Eleandro Pema.
Baş məşqçi: Nazim Süleymanov.
Bakı: 1. Marko Şarliya, 4. Vadim Borets, 9. Vaqif Cavadov, 15. Cəmşid Məhərrəmov (k), 20. Fabio Luis Ramim, 29. Əziz Quliyev, 30. İbrahim Karqbo, 32. Aleksey Savinov, 33. Stevan Bates, 39. Ruslan Leviqa, 85. Jaba.
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 2. Saşa Kaykut, 3. Rafael Əmirbəyov, 7. Mahmud Qurbanov, 12. Vyaçeslav Sofroni, 18. Radomir Todorov, 99. Leonardo Roşa.
Baş məşqçi: Aleksandr Starkov.
 
Neftçi - MOİK - 1:0
Qol: Flavinyo, 41.
Vərəqə: Flavinyo, 90+2 - sarı.
Hakimlər: Ceyhun Haşımov, Yaşar Abbasov, Samir Hacıyev, Elnur Muradov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
25 fevral 2011. Tofiq Bəhramov adına Respublika stadionu. 300 tamaşaçı.
Neftçi: 12. Elçin Sadıqov, 5. İqor Mitreski, 7. Rodriqinyo, 8. Elmar Baxşıyev (22. Ruslan Qurbanov, 58), 9. Flavinyo, 11. Cavid Hüseynov (16. Alessandro Viano da Silva, 78), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k) (25. Cavid İmamverdiyev, 46), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 26. Tərlan Quliyev.
Ehtiyat oyunçular: 34. Vitali Kovalyov, 2. Rail Məlikov, 27. Rəşad Abdullayev, 29. Eltun Yaqublu.
Baş məşqçi: Arif Əsədov.
MOİK: 12. Səlahət Ağayev, 3. Ramin Tanrıverdiyev, 4. Vüqar Əsgərov (8. Ruhid Usubov, 74), 5. Natiq Əkbərov, 6. Emin Mustafayev (18. Rəfael Qəvami, 46), 7. Nizami Hacıyev, 11. Səbuhi İsmayılov (10. Orxan Babayev, 46), 14. Tural İsgəndərov, 17. Azər Həşimov, 20. Araz Bağırov, 24. Ramil Əliyev (k).
Ehtiyat oyunçular: 22. Tariyel Hüseynov, 13. Zeynalabdin Hüseynov, 15. Murad Səttarlı, 21. Şamil Səlimxanov.
Baş məşqçi: Ramil Əliyev.
 
22-ci turun oyunlarına fevralın 27-də yekun vurulacaq: Qəbələ - Gəncə, Simurq – Muğan, İnter - Xəzər Lənkəran.
 
1
Neftçi
22
14
6
2
40-9
48
2
Xəzər Lənkəran
21
13
5
3
25-11
44
3
Qarabağ
22
13
3
6
30-14
42
4
İnter
21
12
4
5
23-13
40
5
AZAL
22
9
9
4
27-16
36
6
Bakı
22
9
6
7
28-21
33
7
Qəbələ
21
8
6
7
19-14
30
8
Muğan
21
6
6
9
13-23
24
9
Gəncə
21
5
8
8
23-27
23
10
Turan
22
3
6
13
17-35
15
11
Simurq
21
2
6
13
12-33
12
12
MOİK
22
1
3
18
6-47
6
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
10 - Georgi Adamiya (Qarabağ)
9 - Qvidas Yuska (AZAL), Junivan Suares (Gəncə), Rauf Əliyev (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.