1 mart 2011 00:01
Türkiyə çempionatı: Beşiktaş uğursuz gedişə qoydu (YENİLƏNİB)
Türkiyə Superliqasında 23-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə cəmi 1 qarşılaşma keçirilib.
Turun açılış oyununda autsayderlər qrupunda qərarlaşan “Bucaspor” doğma meydanda son çempion “Bursaspor”la qarşılaşıb. Bursa təmsilçisi iki cavabsız qolla qələbə qazanaraq, liderlik mübarizəsini davam etdirib.
İkinci oyun günündə cari mövsümün uğursuz komandalarından olan "Galatasaray" növbəti yenilgisi ilə üzləşib. Elə millimizin kapitanı Rəşad Sadıqovun yollarını ayırdığı "Eskişehirspor" da turu yenilgiylə başa vurub. Nəhənglərin uğursuz çıxışından maksimum yararlanmaqda olan "Fenerbhçe" isə növbəti qələbəsini qazanaraq, zirvəyə yüksəlib.
Üçüncü oyun günündə ən çox diqqətçəkən məqam isə lider "Trabzonspor"un doğma meydanda xal itkisiylə üzləşməsi olub. Nəticədə qazanılan 1 xal sadəcə "Fener"lə xalları bərabərləşdirməyə yetərli olub.
Nəhayət, bu turun qapanış matçında ikinci dövrədə qələbə üzünə həsrət qalan "ulduzlar toplusu" - "Beşiktaş" məğlubiyyətlər seriyasına son qoyaraq, ilk 3 xalına sevinib.
Türkiyə Superliqası
23-cü tur
25 fevral
Bucaspor – Bursaspor – 0:2
Qollar: Battalya, 46, Miller, 77.
26 fevral
Ankaragücü - Genclerbirliği - 2:4
Qollar: Akan, 67, Sam, 75-öz qapısına - Delibalta, 47, Pektemek, 59, Sam, 78, Çalık, 85.
İstanbul BB - Galatasaray - 3:1
Qollar: Holmen, 61, Akın, 66; 76-pen - Baroş, 32.
Gaziantepspor – Eskişehirspor - 2:1
Qollar: Tosun, 3; 37 - Karan, 87.
Fenerbahçe - Kasımpaşa - 2:0
Qollar: Aleks, 32, Dia, 55.
Matçın 44-cü dəqiqəsində qonaqların oyunçusu Varela penaltidən yararlana bilməyib.
27 fevral
Karabükspor - Konyaspor - 2:1
Qollar: Çernat, 18-pen, Raqued, 45 - Zayatte, 5.
Sivasspor - Manisaspor - 4:2
Qollar: Qrosiçki, 17; 60; 64, Eneramo, 89 - Simpson, 53, Tok, 75.
Trabzonspor - Kayserispor - 3:3
Qollar: Jaja, 2, Yılmaz, 54, Qlovaçki, 88 - Durak, 21; 56, Kujoviç, 82.
28 fevral
Antalyaspor - Beşiktaş - 0:2
Qollar: Ekrem Dağ, 56, Quti, 79.
| 1 | Fenerbahce | 23 | 16 | 3 | 4 | 54 | - | 24 | 51 |
| 2 | Trabzonspor | 23 | 15 | 6 | 2 | 49 | - | 19 | 51 |
| 3 | Bursaspor | 23 | 14 | 6 | 3 | 40 | - | 18 | 48 |
| 4 | Kayserispor | 23 | 12 | 7 | 4 | 32 | - | 20 | 43 |
| 5 | Gaziantepspor | 23 | 11 | 7 | 5 | 26 | - | 18 | 40 |
| 6 | Besiktas | 23 | 10 | 5 | 8 | 36 | - | 27 | 35 |
| 7 | Istanbul BB | 23 | 10 | 3 | 10 | 30 | - | 25 | 33 |
| 8 | Eskisehirspor | 23 | 8 | 8 | 7 | 25 | - | 25 | 32 |
| 9 | Karabukspor | 23 | 9 | 5 | 9 | 37 | - | 38 | 32 |
| 10 | Galatasaray | 23 | 10 | 2 | 11 | 26 | - | 29 | 32 |
| 11 | Manisaspor | 23 | 10 | 1 | 12 | 37 | - | 38 | 31 |
| 12 | Genclerbirligi | 23 | 7 | 6 | 10 | 25 | - | 35 | 27 |
| 13 | Ankaragucu | 23 | 6 | 7 | 10 | 31 | - | 41 | 25 |
| 14 | Antalyaspor | 23 | 6 | 7 | 10 | 21 | - | 32 | 25 |
| 15 | Sivasspor | 23 | 4 | 7 | 12 | 26 | - | 43 | 19 |
| 16 | Bucaspor | 23 | 4 | 6 | 13 | 17 | - | 34 | 18 |
| 17 | Konyaspor | 23 | 3 | 7 | 13 | 20 | - | 35 | 16 |
| 18 | Kasimpasa | 23 | 3 | 5 | 15 | 20 | - | 51 | 14 |
