26 fevral 2011 12:25
Yığmamızın kapitanı: Biz artıq qrupdan çıxmağı təmin etmişik
Futzal üzrə Azərbaycan yığma komandasının kapitanı Rizvan Fərzəliyev dünən keçirilən Fransa ilə oyundan (4:2) sonra fikirlərini dilə gətirib. Azerisport.az saytına müsahibəsində komandamızın lideri bunları dilə gətirib:
“Birinci hissədə bir qədər çətinlik çəkdik. Ancaq getdikcə topa daha çox nəzarət etməyə başladıq. Çox şey bizdə alınıb. Biz artıq qrupdan çıxmağı təmin etmişik. Ancaq bu, o demək deyil ki, son görüşdə qələbə bizə lazım deyil. Çalışacağıq ki, İspaniya millisini məğlub edək. Reytinq baxımından bu qələbə bizə çox böyük kömək ola bilər. İspanlara qarşı soyuqqanlı oynamalı olacağıq”.
