26 fevral 2011 12:45
Azərbaycan rəsmən AÇ-2012-də!
Futzal üzrə Azərbaycan milli komandası 2012-ci ildə Xorvatiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Azerisport.az xəbər verir ki, bu haqda rəsmi məlumatı UEFA-nın rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, qitə birinciliyinə Azərbaycanla yanaşı məhz bizim qrupumuzda yer alan İspaniya, həmçinin Portuqaliya, İtaliya və Sloveniya yığmaları dаvəsiqəni təmin edib. Bir sözlə meydan sahibi olacaq Xorvatiya ilə yanaşı final mərhələsində iştirak etməli olan 12 komandanın yarısı məlumdu.
Qeyd edək ki, Bakıda keçirilən qitə birinciliyinin seçmə mərhələsinin son turunda məhz final mərhələsinə vəsiqəni təmin etmiş Azərbaycan və İspaniya yığmaları qarşılaşacaq.
