1 mart 2011 01:58
İspaniya çempionatı: Malaga zirzəmidən çıxdı (YENİLƏNİB)
İspaniya La Liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 5 qarşılaşma baş tutub.
Turun açılış matçında “Atletico” doğma meydanda “Sevilla” ilə qarşılaşıb ki, görüş kifayət qədər məhsuldar heç-heçəylə başa çatıb. Lider “Barcelona” səfərdə “Mallorca” ilə qarşılaşmadan 3 cavabsız qolla qazandığı qələbəylə ayrılıb. Liderin əsas izləyicisi “Real” isə “Deporivo”yla görüşdə növbəti xal itkisiylə üzləşərək, yenə Barsadan uzaq düşüb.
İkinci oyun günündə isə liderlərin əsas izləyicilərindən olan "Villareal" xal itkisiylə üzləşdiyi halda, "Valencia" əzmkar qələbə sayəsində "Real"la arasındakı xal fərqini azaltmağa nail olub.
Nəhayət, turun qapanış matçında autsayderlər qrupunda qərarlaşan iki komanda - "Malaga" və "Almeria" üz-üzə gəlib. Bu oyunda uduzacağı halda vəziyyətini daha da pisləşdirəcək "Malaga" hesabda geri düşsə də, sonradan vurulan 3 qol sayəsində əzmkar qələbə qazanıb və "Almeria"nı öz əvəzində "zirzəmi"yə göndərib.
İspaniya La Liqası
25-ci tur
26 fevral
Atletico – Sevilla – 2:2
Qollar: Koke, 47, Reyes, 77 – Neqredo, 42, Rakitiç, 66.
Espanyol - Real Sociedad – 4:1
Qollar: Estarada, 42-öz qapısına, Qarsiya, 54, Kallexon, 51, Markez, 90 – Estrada, 44.
Sporting Gijon – Zaragoza – 0:0
Mallorca – Barcelona – 0:3
Qollar: Messi, 38, Vilya, 57, Pedro, 66.
Deportivo – Real – 0:0
27 fevral
Hercules - Getafe - 0:0
Levante - Osasuna - 2:1
Qollar: Ballesteros, 44, Kaysedo, 51 - Pandiani, 41.
Racing - Villarreal - 2:2
Qollar: Nahuelpan, 3, Dos Santos, 68 - Ruben, 66, Mario, 90.
Athletic - Valencia - 1:2
Qollar: Lyorente, 14 - Mata, 71, Jonas, 81.
28 fevral
Malaga - Almeria - 3:1
Qollar: Mareska, 53, Rondon, 79, Lopes, 90 - Feqouli, 9.
| 1 | Barcelona | 25 | 22 | 2 | 1 | 76 | - | 13 | 68 |
| 2 | Real Madrid | 25 | 19 | 4 | 2 | 55 | - | 19 | 61 |
| 3 | Valencia | 25 | 15 | 6 | 4 | 40 | - | 26 | 51 |
| 4 | Villarreal | 25 | 14 | 5 | 6 | 44 | - | 26 | 47 |
| 5 | Espanyol | 25 | 13 | 1 | 11 | 34 | - | 36 | 40 |
| 6 | Athletic Bilbao | 25 | 12 | 2 | 11 | 39 | - | 36 | 38 |
| 7 | Sevilla | 25 | 10 | 5 | 10 | 38 | - | 40 | 35 |
| 8 | Atletico Madrid | 25 | 10 | 4 | 11 | 35 | - | 33 | 34 |
| 9 | Real Sociedad | 25 | 11 | 1 | 13 | 36 | - | 41 | 34 |
| 10 | Getafe | 25 | 9 | 5 | 11 | 35 | - | 38 | 32 |
| 11 | Mallorca | 25 | 9 | 4 | 12 | 25 | - | 34 | 31 |
| 12 | Santander | 25 | 7 | 8 | 10 | 23 | - | 35 | 29 |
| 13 | Levante | 25 | 8 | 3 | 14 | 26 | - | 37 | 27 |
| 14 | Deportivo | 25 | 6 | 9 | 10 | 21 | - | 35 | 27 |
| 15 | Hercules | 25 | 7 | 5 | 13 | 24 | - | 38 | 26 |
| 16 | Osasuna | 25 | 6 | 7 | 12 | 26 | - | 32 | 25 |
| 17 | Gijon | 25 | 5 | 10 | 10 | 23 | - | 31 | 25 |
| 18 | Zaragoza | 25 | 5 | 9 | 11 | 22 | - | 37 | 24 |
| 19 | Malaga | 25 | 6 | 5 | 14 | 34 | - | 51 | 23 |
| 20 | Almeria | 25 | 4 | 9 | 12 | 25 | - | 43 | 21 |
