27 fevral 2011 17:46
Qyoko Haciyevski: İstefa verməyə hazıram
Premyer Liqanın təsnifat mərhələsinin sonuncu - 22-ci turu çərçivəsində “Muğan” səfərdə “Simurq”la qarşılaşmada minimal hesablı qələbəyə sevindi - 1:0. Azerisport.az xəbər verir ki, matçdan sonra komandaların baş məşqçiləri matçla bağlı bunları dilə gətirib:
Bəhmən Həsənov, “Muğan”ın məşqçisi: “Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün göstərilən oyun xoşuma gəlmədi. Lakin meydanın və havanın əlverişsiz olduğunu da nəzərə almalıyıq. “Simurq” komandasının kobud səhvindən istifadə edib qol vurduq, qalib gəldik. Bir daha komandamı təbrik edirəm”.
Qyoko Haciyevski, “Simurq”un baş məşqçisi: “Futbolçularımız çox səhv etdi. Komandaya gələn yeni futbolçular güclü klublardan gəlsə də, oyunları alınmır. Əvvəlki futbolçularım təcrübəsiz olsa da, bir-birini çox yaxşı başa düşürdülər. Əgər mənim getməyim “Simurq” üçün uğurlu olacaqsa, istefa verməyə hazıram”.
