27 fevral 2011 18:18
Mirça Rednik: 22 turda lehimizə penalti verilmədi
Premyer Liqanın 22-ci turunun bu gün keçirilən “İnter” – “Xəzər Lənkəran” oyunundan sonra cənub təmsilçisinin baş məşqçisi matçla bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, lənkəranlıların 3:1 hesablı qələbəsindən sonra rumıniyalı çalışdırıcı Mirça Rednik bunları söyləyib:
“Bugünkü oyunda qalib gəldik, komandamdan məmnun qaldım. "İnter" kimi komandanı 3:1 hesabı ilə məğlub etdiyimiz üçün şadam. Bütövlükdə praqmatik futbol oynadıq. İkinci qoldan sonra üstünlük "İnter"ə keçdi. Buna baxmayaraq, başlıcası odu ki, qələbə qazandıq. İndi martdakı ikinci mərhələnin oyunlarına hazırlaşacağıq. Bizi irəlidə daha çətin oyunlar gözləyir. Bir şeyi də qeyd etmək istərdim ki, ötən 22 turda bizim xeyrimizə penalti təyin olunmadı”.
