27 fevral 2011 18:37
Kaxaber Sxadadze: Oyunda üstün tərəf biz idik
Premyer Liqanın 22-ci turunun “Xəzər Lənkəran”la ev oyununda məğlub olan “İnter”in baş məşqçisi Kaxaber Sxadadze də matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, 1:3 hesablı yenilgidən sonra “bankirlər”in çalışdırıcısı bunları dilə gətirib:
“Oyunun əvəlində “Xəzər Lənkəran”a iki qol hədiyyə etdik. Bu, istənilən komanda üçün üstünlükdü. Komandamda çıxış edən futbolçular kifayət qədər təcrübəli olsa da, bu cür səhv buraxdılar. Biz topa daha çox nəzarət edirdik, oyunda üstün tərəf idik. Lakin qol imkanlarından istifadə edə bilmədik. Növbəti oyunlara hazırlaşacağıq, həvəsdən düşmək olmaz”.
