27 fevral 2011 21:03
“Layiqli qələbə qazandıq”
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupunda bu gün keçirilmiş ilk oyundan - Fransa – Qazaxıstan (0:2) görüşündən sonra təşkil olunmuş mətbuat konfransında hər iki komandanın baş məşqçisi fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, onlar matçla bağlı bunları bildiriblər:
Pyer Jak, Fransa millisinin baş məşqçisi: “Çətin oyun oldu. Heç-heçə edə bilərdik. Təəssüf ki, səhvlərə yol verdik və bunun nəticəsində qol buraxdıq. Üç epizodda isə əlverişli vəziyyətdən istifadə edə bilmədik”.
Amirzan Mukanov, Qazaxıstan millisinin baş məşqçisi: “Oyun çətin keçdi. Rəqibi yaxşı təhlil etmişdik. Layiqli qələbə qazandıq”.
