27 fevral 2011 22:28
Millimiz İspaniya ilə oyundan darmadağınla ayrıldı (YENİLƏNİB)
Bu gün futzal üzrə Avropa çempionatının Bakıda təşkil olunan əsas seçmə mərhələsinin sonuncu - üçüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan son oyun günündə yenə öncə meydana digər rəqiblərimiz çıxıb.
Günün ilk matçında qrupumuzun autsayderləri Fransa ilə Qazaxıstan milliləri 3-cü yerin sahibini müəyyənləşdiriblər. Hər hissədə bir qola sevinən qazaxlar üçüncü yeri tutublar.
Artıq ilk iki oyundakı qələbələri sayəsində Xorvatiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən İspaniya və Azərbaycan yığmaları arasındakı qarşılaşma isə sadəcə qrup liderliyi baxımından önəm daşıyırdı. Hər iki komandanın əsas vəzifənin öhdəsindən gəlməsi qarşılaşmanın çox da prinsipial ab-havada keçməyəcəyinə işarə idi. Lakin doğma meydanda çıxış edən millimiz son Avropa çempionu üzərində qələbə qazanmaqla, sensasiyaya imza ata bilərdi. Çox təəssüf ki, komandamız bu vəzifənin öhdəsindən gələ bilməyib və meydanı 3:8 hesablı yenilgiylə tərk edib.
AÇ-nin seçmə mərhələsi
1-ci qrup
27 fevral
FRANSA – QAZAXISTAN - 0:2 (0:1)
Qol: Süleymanov, 17 (0:1), Xiredddin, 26-öz qapısına.
İSPANİYA – AZƏRBAYCAN - 8:3 (4:2)
Qol: Alemano, 6 (1:0), Ruis, 8 (2:0), Serjio, 14 (2:1), Xose Ruis, 16 (3:1), Serjio, 19 (3:2), Lin, 20 (4:2), Fernandao, 23 (5:2), Torras, 27 (6:2), Blanko, 29 (7:2), Felipe, 33 (7:3), Ortis, 36 (8:3).
| 1 | İspaniya | 3 | 3 | 0 | 0 | 17 | - | 3 | 9 |
| 2 | Azərbaycan | 3 | 2 | 0 | 1 | 13 | - | 13 | 6 |
| 3 | Fransa | 3 | 1 | 0 | 2 | 5 | - | 11 | 3 |
| 4 | Qazaxıstan | 3 | 0 | 0 | 3 | 2 | - | 10 | 0 |
