27 fevral 2011 12:06
“Ümid edirəm ki, Foqts Belçikaya məni də aparacaq”
“Neftçi”nin yarımmüdafiəçisi Cavid Hüseynov yığma komandamızdan kənar qalmaq təhlükəsi ilə üzləşməsini istisna etmir. Azerisport.az saytına müsahibəsində o, bu məsələylə bağlı aşağıdakıları dilə gətirib:
“Mən əvəzedici heyətin oyunçusuyam. Ancaq ümid edirəm ki, gələcəkdə hər şey yaxşı olacaq. Əsas heyətdə oynamağı çox istəyirəm. Başa düşürəm ki, mütəmadi oynaya bilmədiyim üçün Berti Foqts da mənə dəvət göndərməyəcək. Buna görə də çoxlu məşq edirəm ki, formamı itirməyim. Millinin son toplanışında iştirak etmişdim və ümid edirəm ki, baş məşqçi Belçikaya məni də aparacaq. Ancaq dəvət etməsə də, incimərəm. Axı “Neftçi”nin əsas heyətində oynamıram, baş məşqçi mənə necə ümid edə bilər”?
