27 fevral 2011 12:31
Everton`un gənc ulduzu Azərbaycanla oyunu buraxa bilər
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Belçika millisinin üzvü Maruan Fellaini martın 29-da Brüsseldə keçiriləcək oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, buna İngiltərənin “Everton” klubunun gənc futbolçusunun Premyer Liqanın 28-ci turunun “Sunderland”lə ev oyununda (2:0) zədələnməsi səbəb olub.
Onun zədəsinin ciddi olduğu bildirilsə də, konkret nə vaxta kimi meydana çıxmayacağı dəqiqləşməyib. Bu üzdən Fellaininin martda baş tutacaq Azərbaycan və Avstriya ilə seçmə oyunlarda iştirakı da sual altına düşüb.
Qeyd edək ki, Fellaini Belçika yığmasında 26 oyun keçirib və 4 dəfə rəqib qapılarına yol tapıb.
