27 fevral 2011 12:40
Güclü qar Simurq - Muğan matçının vaxtını dəyişdi
Premyer Liqanın 22-ci turunun "Simurq" - "Muğan" qarşılaşması öncədən nəzərdə tutulan vaxtda başlamayacaq. Azerisport.az xəbər verir ki, buna Zaqatala şəhərində yağan güclü qar yağışı səbəb olub.
Məhz bu üzdən sözügedən görüş 1 saat gec - saat 15:00-da başlayacaq. Görüş öncədən saat 14:00-a təyin olunmuşdu.
Simurq - Muğan
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Elşən Acalov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Qurban Məmmədov
Zaqatala şəhər stadionu. Saat 15:00
