28 fevral 2011 13:08
Galatasaray`ın iki oyunçusu dalaşdı, biri yoxa çıxdı
Türkiyə Superliqasının cari mövsümündə tarixinin ən pis günlərini yaşayan “Galatasaray”da sular durulmaq bilmir. Azerisport.az xəbər verir ki, bu dəfə də komandanın düşərgəsindən iki futbolçusunun əlbəyaxa döyüşə çıxdığı xəbər verilir.
“İstanbul Büyükşehir Belediyespor”a məğlubiyyətlə vəziyyətini daha da pisləşdirən İstanbul klubunda əsəblər tarıma çəkilib. Nəticədə dünən səhər baş tutan ilk məşq prosesində komandanın aparıcı üzvlərindən olan Pino ilə Milan Baroş dalaşıb. İki futbolçunun bir-birinə söyüşlər söyməsinə şərait yaradan bu davanın əlbəyaxaya çevrilməsini oyundaşları əngəlləyib. Lakin kolumbiyalı futbolçu Pinonun bu davanın ardından öncə məşq meydançasını, daha sonra isə xəbər vermədən bazanı tərk etdiyi deyilir. O. hətta telefonunu da söndürüb və Pino ilə əlaqə yaratmaq mümkün olmayıb.
