28 fevral 2011 00:59
AÇ-2012-də rəqiblərimiz kimlər ola bilər?
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin bütün oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, gələn ilin yayında Xorvatiyada baş tutacaq qitə birinciliyinin final mərhələsində millimizin də yer aldığı aşağıdakı siyahıya düşən komandalar çıxış edəcək:
İspaniya, Azərbaycan, Rusiya, Serbiya, Portuqaliya, Çexiya, Rumıniya, Ukrayna, Türkiyə, İtaliya, Sloveniya və meydan sahibi Xorvatiya.
Qeyd edək ki, bu, millimizin qitə çempionatında ikinci çıxışı olacaq. İlk dəfə AÇ-2010-da iştirak edən Joze Alesionun komandası ötən il 4-cü pilləni tutmaqla kifayətlənmişdi.
