28 fevral 2011 13:15
Roma`nın sabiq oyunçusu XL-da 61-ci oldu
Azərbaycan Premyer Liqasının 22-ci turunun “İnter”lə oyunu Adrian Pit üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, rəqib qapısına yol tapan rumıniyalı “Xəzər Lənkəran”ın heyətində qol hesabını açıb.
Bu matçadək 60 oyunçu “Xəzər Lənkəran”ın formasında rəqib qapısına yol tapmışdı. Adrianın adı qolçular siyahısına 61-ci oyunçu kimi düşüb.
Onu da qeyd edək ki, komandanın daha 4 qoluna avtoqol müəllifi olan rəqibləri imza atıb. Sonda Adrianın vaxtilə İtaliyanın "Roma" klubunun şərəfini qoruduğunu da xatırladaq.
