28 fevral 2011 14:22

Joze Alesio: Rəhbərliyə də demişəm ki, dəyişikliklər etməliyik

Futzal üzrə yığma komandamızın baş məşqçisi Joze Alesio azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələ oyunlarından, final mərhələsi öncəsi problemlərdən danışıb.
 
- Gəlin elə sonuncu İspaniya ilə oyundan (3:8) başlayaq. Sizə elə gəlmir ki, kifayət qədər çox qol buraxdıq?
- Sizinlə razıyam. Biz bu görüşdə çoxlu səhvlərə yol verdik. Belə komandayla oyunlarda səhvlərdən qaça bilmirsən. Bilmirəm niyə, amma müdafiəmiz bu görüşdə yaxşı deyildi. Uşaqlar yorğun görünürdülər. Digər tərəfdən Tveryankin də özünün bütün bacarıqlarını nümayiş etdirə bilmədi. Qapıçımız ən azı 3 epizodda komandanı qoldan xilas edə bilərdi.
 
- İspanların baş məşqçisi bildirdi ki, ikinci hissədə Azərbaycan yığmasında fiziki çatışmazlıqlar vardı...
- Onlar bizim yorğunluğumuzdan yararlandılar. İkinci hissədə çox əvəzləmə etdik, yeni oyunçular buraxdıq. Ancaq bizdə elə ənənə yoxdu.
 
- Deyəsən, yaxın gələcəkdə dəyişikliklərə hazırlaşmırsız. Elə üstünlük verdiyiniz 6 oyunçuya güvənirsiz...
- Mənim başqa çıxış yolum yoxdu. Hazırda bizdə Avropa çempionatında çıxış edə biləcək oyunçular oynayır. Mən federasiya rəhbərliyinə də demişəm ki, dəyişikliklər etməliyik. Əks halda problemlər olacaq.
 
- Bəs ehtiyatda qalanlardan kimsə AÇ-2012-də komandaya kömək edə bilməz?
- Onların əksəri elə səviyyədə deyil. Sadəcə Elvin Quliyev məni son vaxtlar öz oyunu ilə sevindirir. Əminəm ki, uzağı bir ilə heyətdə yerli oyunçular daha çox olacaq.
 
- Tveryankinlə Maşado da bir ilə artıq qocalmış olacaq...
- Maşadoya görə elə düşünmürəm. O, fiziki cəhətdən yaxşı hazırlıqlıdı. O, peşəkardı. Ancaq Tveryankinlə bağlı problemimiz ola bilər. Ona 46 yaşında AÇ-2012-də çıxış etmək çətin olacaq. Ona görə də Xorvatiyada qapını kimin qoruyacağı qaranlıq qalır.
 
- Rəhbərlik qarşınıza hansı vəzifəni qoyub?
- Bu haqda hələ danışmamışıq. Amma əgər öz üzərimizdə yaxşı işləsək, nəticəmiz də yaxşı olar.
 
- Artıq AÇ-dəki rəqiblərinizin siyahısına baxmısız?
- Bəli. Siyahıda gözlənildiyi kimi çətin komandalar yer alıb. İtaliya, Rusiya, Portuqaliya, Sloveniya və digər komandaların hamısı ciddidi. Görək indi sentyabrın 7-də baş tutacaq püşkatmada nələr olacaq? Ümid edirəm ki, bizim üçün uğurlu nəticələr olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.