28 fevral 2011 15:12
XL-ın ayına 10 000 dollar qazanan müdafiəçisi kimdi?
Rumıniya mətbuatı Azərbaycan Premyer Liqasında top qovan futbolçuların qazancının məbləğini açıqlamaqda davam edirlər. Azerisport.az xəbər verir ki, onların daha bir belə iddiası “Xəzər Lənkəran”ın yeni transferlərindən olan Adrian Skarlatakenin aldığı məvaciblə bağlıdı.
Belə ki, rumıniyalı həmkarlarımız bu futbolçunun “ağ-yaşıllar”ın heyətində ayına 10 min dollar qazandığını yazırlar.
