28 fevral 2011 15:42

Torras: Azərbaycan məni təəccübləndirdi

Futzal üzrə İspaniya yığmasının oyunçusu Xordi Torras azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamız üzərində 8:3 hesablı qələbədən danışıb.
 
- Azərbaycan yığmasıyla oyun haqda nə deyərdiz?
- İlk növbədə, Azərbaycan yığmasını AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik etmək istərdim. Bu gün rəqibimiz çox yaxşı oynadı və biz çox şadıq ki, belə bir komanda üzərində qələbə qazandıq.
 
- Görüşün belə hesabla nəticələnəciyini gözləyirdizmi?
- Etiraf edim ki, belə böyükhesablı qələbəni gözləmirdim. Ancaq bizim yaxşı komandamız var və buna görə də üstünlük bizim tərəfimizdə oldu. Birinci hissədə rəqibimiz yaxşı oynadı. Azərbaycanlılar iki qol da vurmağa nail oldular ki, buna görə hətta onlar böyük azarkeş ordusu da dəstəkləyirdi. Ancaq biz ikinci hissədə daha diqqətli oynamağa başladıq, çalışdıq ki, qol buraxmayaq.
 
- Bəs bütövlükdə Azərbaycan yığmasının oyununu necə qiymətləndirərdiz?
- Azərbaycanın oyunu məni təəccübləndirdi. Ümumiyyətlə, braziliyalı oyunçular həmişə güclü olurlar. Hesab edirəm ki, müdafiəni gücləndirməyə ehtiyac var. Əlbəttə ki, hücumda yaxşıdılar. Ancaq istənilən halda müdafiə daha əsas rol oynayır. AÇ-2012-yə qədər müdafiəni möhkəmləndurməlisiz.
 
- Yığmamızın heyətində kimin oyununu qeyd edərdiz?
- Braziliyalılar yaxşı idi. Onlara qarşı oynamaq həmişə çətindi. Yerli oyunçulardan sadəcə 14 nömrəlini (Vitali Borisovu – red.) qeyd edərdim. Onun oyunu digərlərinkindən daha çox xoşuma gəldi.
 
- AÇ-2012-də yenidən Azərbaycanla qarşılaşmaq istərdiz?
- Biz çempion komandayıq. Bizim üçün kimlə oynamağın elə də ciddi fərqi yoxdu. Bu, Azərbaycan da olar bilər, Rusiya da, Portuqaliya da. Bizim məqsədimiz həmişə eynidi – qələbə qazanmaq.
 
- İspaniya millisindəki 100-cü oyununuzu Azərbaycana qarşı keçirmiş oldunuz. Necə hissdi?
- Əlbəttə, çox gözəl duyğudu. Axı hər oyunçu 100 matç həddinə gəlib çata bilmir. Amma ən əsası odu ki, mən hələ də komandaya fayda verə bilirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.