28 fevral 2011 16:32

Skuliç: Azərbaycan millisində çıxış etməyim böyük şərəf olar

Ötən ay topuq nahiyəsindən əməliyyat olunan “Bakı”nın xorvatiyalı yarımmüdafiəçisi Ernad Skuliç müsahibə verib. Azerisport.az xəbər verir ki, təcrübəli dayaq yarımmüdafiəçisi uşaqlıq illərini, futbolda keçirdiyi ömür yolunu bir daha xatırlayıb.
 
- Əməliyyatdan sonra özünü necə hiss edirsən?
- Əməliyyat uğurlu keçdi. Özümü yaxşı hiss edirəm. Bir həftədən sonra məşqlərə başlayacağam.
 
- Futbola necə gəldiyini xatırlamağını istərdik…
- Xorvatiyada futbol çox populyardı. Hər bir məhəllədə, məktəbdə futbol meydançaları var. Uşaqların çoxu, məhz, bu idman növünə həvəs göstərdiyi üçün bizim ölkənin yığması dünyada ən güclülərdən biri hesab edilir. Futbola gəlişimi indiyə kimi unutmuram. O zaman on yaşında idım. Zapreşik adlı balaca şəhərdə yaşayırdıq. Hər günümüz uşaqlarla futbol oynamaqla keçirdi. Məhəlləmız çox kasıb idi. Uşaqların, demək olar, hamısı futbol məktəbinə yazılmışdı.
 
Bir gün mən də evdən xəbərsiz uşaqlarla futbol məktəbinə getdim. Müəllim məni meydançada yeni gələnlərlə birgə ayrıca məşq etdirdi. Ertəsi gün isə əsas qrupa saldı. Bundan sonra atam mənə lazım olan ləvazimatları aldı. Müharibədən sonra ilk dəfə idi ki, bu qədər sevinirdim.
 
Yuqoslaviyanın dağılması nəticəsində bu birliyə üzv olan bütün dövlətlərdə müharibələr baş verirdi. Biz əslən Bosniyadanıq. Orada baş verən dəhşətli müharibə nəticəsində evimizi tərk edib, Xorvatiyaya üz tutmuşduq. Atam müharibədən əvvəl Zaqrebdə işlədiyi üçün bizə burada məsgunlaşmaq çətin olmadı. Müharibə qurtarandan sonra da Bosniyada vəziyyət acınacaqlı olduğu üçün bir daha oraya qayıtmadıq.
 
Xorvatiyada da həmin vaxt  müharibə baş vermişdi. Lakin onlar çox az itgi vermişdilər. Şəhərlərdə təlafat və dağıntı demək olar ki, olmamışdı. Buna görə də bu ölkə tez bir zamanda inkişaf etdi. Bosniyada isə həyat indi-indi başlayır.
 
- Uzun illər ərzində yetirməsi olduğun Zapreşik “İnter”ındə oynadın, hətta onun kapitanı da oldun...
- On yaşımdan etibarən bu klubun sıralarına qatıldım. Biz demək olar hər il Avropanın müxtəlif ölkələrində təşkil edilən turnirlərə gedirdik. 15 yaşımda Almaniyada yeniyetmələr arasındakı turnirdə ən yaxşı futbolçu seçilmişdim. Mənə diplom da vermişdilər. 16 yaşımdan əvəzedici, bir il sonra isə “İnter”in əsas heyətində Xorvatiya liqasında oynamağa başladım. 18 yaşım olanda “İnter” yüksək liqaya vəsiqə qazandı.
 
Burada Mahmud Qurbanov olduğu kimi bizim də komandada təcrübəli bir futbolçumuz vardı. O oynamayanda, kapitan mən olurdum. 23 yaşım vardı. O karyerasını bitirəndən sonra isə komandanın yetirməsi olduğum üçün məni əsas kapitan seçdilər. Həm də, komandada hər mövsüm futbolçular dəyişirdi, mən isə hər zaman komandada idim.
 
- Xorvatiyadaı karyeran ilə bağlı ən yaddaqalan uğurun hansı olub?
- Liqada ikinci yeri tutmuşduq. Həmin mövsüm UEFA kubokunda mübarizə apardıq. Bu, Azərbaycana gəlməmişdən öncə ən böyük uğurum idi. Bundan sonra Avstrya “Şturm”undan klubuma təklif gəlmişdi. Klub böyük məbləğdə ödəniş tələb etdiyi üçün avstyalılar bu transferdən vaz keçdi.
 
- Bəs necə oldu ki, Azərbaycana gəldin?
- Eyni klubda on ilə yaxın oynadım. Fikirləşdim ki, karyerama bir yenilik gətirim. Xorvatiyada futbolçular köçəri quşlara bənzəyir. Onlar bir neçə il oynayandan sonra xaricə “uçurlar”. Bu, hər bir xorvat futbolçunun arzusudu. Mənim də qismətimə “Bakı” düşüb. Gələn təklif ürəyimcə olduğunu “İnter”in prezidentinə söyləyəndə, öncə məni buraxmadı. Sonra isə fikrimin qəti olduğunu görüb razılaşdı. Futbol oynamağı öyrəndiyim, hər zaman evim hesab etdiyim “İnter”i tərk edib gəldim buraya.
 
- Həmin vaxt “İnter”in baş məşqçisi Curo Baqo sənin ilk müəllimin olub...
- Bəli, mən ilk dəfə onun rəhbərliyi ilə uşaqlar arasında keçirilən yarışlarda iştirak etmişəm. On il sonra isə Xorvatiya liqasında da onun rəhbərliyi altında oynadım. O, çox sərt məşqçi idi. Xüsusilə də, davamiyyətə fikir verirdi. Uşaqlarla çalışdığı vaxt biz hamımız ondan qorxurduq.
 
- Xorvatiyada yetərincə tanınmağına baxmayaraq nədənsə heç vaxt milliyə cəlb edilməmisən.
- Xorvatiyada milli komandalarda oynamaq üçün rəqabət olduqca yüksəkdi. Millinin əsas hissəsi avropanın aparıcı liqalarında oynayan futbolçulardan formalaşdırılır. Azərbaycan liqasının reytinqi hələ ki, o səviyyədə deyil. Yəqin bu səbəbdəndir ki, milliyə cəlb edilmirəm.
 
- Üç ildən çoxdu ki, buradasan. Təklif olarsa, Azərbaycan millisinə kömək edə bilərsən?
- Bu mənim üçün böyük şərəf olar. Hər bir futbolçunun uşaqlıq arzısu milli forma geyməkdi. Mən Azərbaycanı da özümə doğma yer hesab edirəm. Burada çoxlu dostlarım var. Azərbaycanlıları səmimiliyinə, qonaqpərvərliklərinə, mərdliklərinə görə çox sevirəm. Lazım olsam, borcumu bu şəkildə ödəyə bilərəm.
 
- Üç mövsümdə futbolumuzda yer alan hansı dəyişiklikləri qeyd edə bilərsən?
- 2007-ci ilə baxanda Azərbaycan futbolu yüksək sürətlə inkişaf edib. Liqada temp, yaxşı futbolçular və peşəkarlıq artıb. Elə bizim kluba baxanda hər şey məlum olur. 2007-ci ildə Bakıda əsas komandanın məşq etməsinə normal meydança, ləvzimatlar çatmırdı. Bu futbolçuların buranı seçməyində də rol oynayırdı. İndi nəinki əsas, hətta yeni yaradılan onlarla komanda üçün əla şərait yaradılır, böyük investisiyalar yatırılır. Bu çox önəmli faktordu. İnanıram ki, bu templə, iki- üç  ildən sonra Azərbaycan klubları Avropa Liqasının qrup mərhələsində oynayacaqlar. Mənim də ən böyük arzum bu mərhələdə oynamaqdı.
 
- Səni tez-tez bazada, uşaqların əhatəsində görürük. Fürsətdən istifadə edərək həm “Bakı”nın, həm də digər klubların uşaq futbolunda futbol oynayan uşaqlara tövsiyyələrini bölüşərdin.
- Futbolçu olmaq üçün birinci əsas şərt intizamdı. Məsuliyyətli olmaq lazımdı. Məşqlərə vaxtı-vaxtında gəlib, məşqçinin verdiyi tapşırıqları sorğu-sualsız yerinə yetirmək çox vacibdi. Sizə bir sirr açım ki, məşqçilər, adətən, çox sual verən, məşqdə danışanları sevmirlər. Ona görə də boş-boş söhbətlərə uymamaq, ancaq futbol barədə düşünmək lazımdı. Bütün bunlardan sonra fərdi istedad barədə danışmaq olar. “Bakı” futbol klubunun, onn prezidenti Hafiz Məmmədovun uşaq futbolunun inkişafı üçün gördüyü işlər təqdirəlayiqdi. Bazada  Akademiyanın yaradılması, uşaqlara qarşı olan xüsusi qayğı və diqqət klubun düzgün strategiya seçməsinin sübutudu. Tezliklə bizim futbolçular da Avropaya dəvət alacaqlar və Azərbaycanı təmsil edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.