28 fevral 2011 16:41
Bakı da Antalyaya gedir
Azərbaycan kubokunun son qalibi olan “Bakı” yenidən Türkiyəyə təlim-məşq toplanışına getməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, martın 19-dan etibarən yığma komandamızın AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki çıxışı ilə əlaqədar Premyer Liqada fasilə yaranacaq.
Aleksandr Starkovun komandası da məhz bu fasilədən maksimum yararlanmağa çalışacaq. Komanda aprelin əvvəlinə kimi Antalyada təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi zamanı “zolaqlılar”ın bir və ya iki sınaq matçı keçirməsi də gözlənilir.
