28 fevral 2011 16:54
Qurban Qurbanov Qullitə qarşı
Bu gündən etibarən Türkiyənin Antalya şəhərində qısamüddətli təlim-məşq toplanışına başlayan “Qarabağ” qardaş ölkədə bir hazırlıq matçı da keçirəcək. Azerisport.az xəbər verir ki, Premyer Liqadakı fasilədən maksimum yararlanmağı düşünən Ağdam təmsilçisi hazırda Antalyada olan Rusiya klublarından biriylə görüşməyi planlaşdırır.
Qurban Qurbanov yetirmələri “Krılya Sovetov”, “Terek”, “Alaniya” və “SKA-Energiya” ilə görüşlərdə sınaya bilər. Qeyd edək ki, “Qarabağ”ın Qroznı təmsilçisiylə yoldaşlıq matçı dəqiqləşsə, o zaman Qurban Qurbanov məşhur hollandiyalı veteran futbolçu Ruud Qullitə rəqib olacaq. Çünki Şahin Diniyevin keçmiş komandası olan “Terek”i məhz ünlü sabiq futbolçu çalışdırır.
