28 fevral 2011 17:12
Yığmamız Danimarka klubu ilə qarşılaşacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız martın 1-də Danimarkanın HFK “Haderslev” klubunun nəzdindəki U-17 komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
