28 fevral 2011 00:06
Rednik İnter mifini dağıtdı, tarixə düşdü
Azərbaycan Premyer Liqasında təsnifat mərhələsi nəhayət ki, başa çatdı. Azerisport.az xəbər verir ki, geridə qalan 22 turda iştirakçıların hansılardan medallar, hansılarınsa elitada qalmaq uğrunda mübarizə aparacağına tam şəkildə aydınlıq gəldi.
Əslində, “altılıqlar”ın tərkibi hələ cümə günü baş tutan bu turun ilk oyun gününün görüşləri zamanı tam dəqiqləşmişdi. Sadəcə təsnifat mərhələsinə rəsmən yekun vurulması qalırdı ki, buna da bazar gününə təsadüf edən 3 qarşılaşma ilə nail olundu.
Xocalı faciəsi ilə əlaqədar bir günlük fasiləylə baş tutan görüşlər arasında isə diqqətlər daha çox “İnter” – “Xəzər Lənkəran” görüşünə yönəlmişdi. Təbii ki, lider “Neftçi”nin təsnifat mərhələsinin son turunu qələbəylə başa vurması Mirça Rednikin komandasını nəyin bahasına olur-olsun, “bankirlər”lə dueldən 3 xalla dönməyə vadar edirdi. Axı əks halda liderlə aralarındakı xal fərqi arta bilərdi.
Lakin cənublular üçün “İnter”lə səfər oyunları heç də uğurlu deyildi. Çempionatların tarixinə nəzər saldıqda “bankirlər”ə qarşı səfər oyunları lənkəranlıları ən çətin görüşlərindən olduğunu görmək mümkün idi. Bu oyuna kimi 7 dəfə “İnter”ə qarşı səfər oyunu keçirmiş “Xəzər Lənkəran” bu oyunların 3-də məğlub olmuş, 4 dəfə heç-heçə oynamışdı. Bir sözlə, hazırda çempionatda çıxış edənlərdən “İnter” yeganə komandaydı ki, “Xəzər Lənkəran” ona dünənə kimi səfərdə qalib gəlməmişdi.
Lakin bu uğursuz sindroma məhz Rednik son qoydu ki, ən azı buna görə rumıniyalı mütəxəssis adını “Xəzər Lənkəran”ın tarixinə yazdırmış oldu. Baxmayaraq ki, “Birlik Kuboku”nun son sahibi, hazırkı Azərbaycan çempionu “İnter” də bu prinsipual görüşdə ancaq 3 xal qazanmağa köklənmişdi. Axı belə olan halda “bankirlər” XL-la xal fərqini minimuma endirmiş olacaqdı. Lakin tarixi sindroma son qoyan cənublular səfərdə qazanılan möhtəşəm qələbəylə həm liderlə xal fərqinin artmasına imkan vermədi, həm də “Qarabağ”ın təsnifat mərhələsini “İnter”dən öndə - üçüncü pillədə başa vurmasına kömək etmiş oldu.
İlk altılığın son iştirakçısı olan “Bakı”nın AZAL ilə oyunda 1 xal qazanmasından sonra “Qəbələ”nin “Gəncə”ylə ev oyununun formal xarakter daşıyacağını gözləmək olardı. Lakin son dövrlər heç cür özünə bənzəməyən Toni Adamsın komandasının ən azə evdə “Gəncə”yə qalib gəlməklə azarkeşləri qarşısında bəraət qazanacağını gözləmək olardı. Bütün bunlara rəğmən, meydan sahibləri ilk dövrədə olduğu kimi, bu dəfə də qərb təmsilçisiylə yenə qolsuz heç-heçəyə razılaşdılar. Halbuki, rəqib komanda böyük zaman kəsiyində meydanda azlıqda mübarizə apardı.
Turun daha bir qarşıdurması isə “Muğan”la “Simurq” arasında baş tutdu ki, son iki oyununda iki iddialı komandadan birini məğlub edib (Qəbələ), digərindən (Bakı) xal alan Salyan klubu səfərdə autsayderlər qrupunda qərarlaşan Zaqatala təmsilçisini də yenməklə, iddiasını davam etdirdi. Əvəzində Qyoko Haciyevski komandasını qış transfer pəncərəsində təcrübəli futbolçularla gücləndirsə də, bunun heç bir fayda gətirmədiyi bir daha sübut olundu. Makedoniyalı mütəxəssisin artıq istefa haqda danışması da səbəbsiz deyil. Görünür, “Simurq”da vəziyyət həqiqətən acınacaqlıdı.
Premyer Liqa
22-ci tur
İnter - Xəzər Lənkəran - 1:3 (0:2)
Qollar: Xristu Kyaku, 9 (0:1), Adrian Pit, 19 (0:2), Uinston Parks, 49 (0:3), Girts Karlsons, 60-pen (1:3).
Vərəqələr: Arif Daşdəmirov, 78; Aleksandr Çertoqanov, 90+2, Elvin Begiri, 60, Kamran Ağayev, 61 – sarı.
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Ramiz Əsədov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
27 fevral 2011. Bakı. “Şəfa” stadionu. 3000 tamaşaçı
İnter: 1. Georgi Lomaya, 4. Danildo Assioli, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 11. Asif Məmmədov (9. Rövşən Əmiraslanov, 53), 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (32. Robertas Poşkus, 46), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Girts Karlsons, 21. Arif Daşdəmirov (88. Kaxaber Mjavanadze, 83).
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 12. Filip Despotovski, 23. Şəhriyar Rəhimov, 28. Baçana Sxadadze.
Baş məşqçi: Kaxaber Sxadadze.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 3. Elvin Beqiri, 6. Simao Bruno, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 17. Xristu Kyaku (11. Andrey Mureşan, 36), 27. Manuel Skarlatake, 28. Kosmin Frasinesku, 36. Uinston Parks (9. Aleksandru Piturka, 75), 84. Julius Vobay (77. Stelian Stanku, 66).
Ehtiyat oyunçular: 12. Yevgeni Kopil, 15. Emeka Opara, 23. Şəhriyar Xəlilov, 30. Katalin Doman.
Baş məşqçi: Mirça Rednik.
Simurq - Muğan - 0:1
Qol: Con Pelu, 80.
Vərəqələr: Səbuhi Həsənov, 50, Mikayıl Rəhimov, 67 - Samuel Barlay, 53, Tural Axundov, 61, Anxel Qutyerres, 88 – sarı.
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Elşən Acalov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Qurban Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
27 fevral 2011. Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. 250 tamaşaçı.
Simurq: 22. Adnan Hodziç, 2. Səbuhi Həsənov (25. Tofiq Mikayılov, 55), 4. Emin Quliyev (9. Əli Bağırov, 82), 5. Elvin Yunusov, 6. Mikayıl Rəhimov, 7. Samir Əliyev (k), 8. Qərib İbrahimov, 11. Mario Santana, 16. Samir Musayev (23. Camal Məmmədov, 70), 17. Rüstəm Məmmədov, 24. Fərid Quliyev.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 10. Vasif Əliyev, 15. Elvin Musazadə, 28. İlkin Qırtımov.
Baş məşqçi: Qyoko Haciyevski.
Muğan: 1. Amil Ağacanov (k), 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 8. Tural Axundov, 9. Elşən Məmmədov (16. Sergey Çernışev, 85), 17. Ravi Rəhmanov (11. Con Pelu, 40), 18. Samuel Barlay, 23. George Qulordava, 26. Ekrem Hodziç, 30. Anxel Qutyerres (39. Hüseyn Axundov, 90), 77. Reys Klaudiney.
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 10. Saşko Pandev, 14. Fərid Həşimzadə, 34. Cavad Mirzəyev.
Məşqçi: Bəhmən Həsənov
Qəbələ - Gəncə - 0:0
Vərəqələr: Abdulkader Kamara, 24, Nodar Məmmədov, 57, Qoqa Beraya, 87 - Kristaps Qrebis, 30 – sarı, Ramal Hüseynov, 41 – qırmızı.
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Azad Ə. Hüseynov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.
27 fevral 2011. Qəbələ şəhər stadionu. 600 tamaşaçı
Qəbələ: 12. Pavel Dorosev, 3. Nodar Məmmədov, 6. Lyuba Baranin, 14. Milan Antiç, 15. Razvan Tarlea, 16. Abdulkader Kamara (8. Bruno da Silva, 46), 18. Qoqa Beraya (k), 19. Branimir Subaşiç (25. Nuran Qurbanov, 61 / 17. Arif İsayev, 80), 20. Kristian Torres, 34. Stiv Olfers, 22. Murad Hüseynov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Ramin Quliyev, 9. Bruno dos Anjos, 10. Deon Barton.
Baş məşqçi: Toni Adams.
Gəncə: 1. Edis Kurtanoviç, 7. Ramal Hüseynov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 8. Armand Fuetçine, 6. Samir Zərgərov, 13. Zura Dzamsaşvili (28. Patrik Nukeu, 43), 24. Vladimir Zelenbaba, 27. Ramazan Abbasov (9. Samir Abdulov, 90+3), 10. Ceyhun Sultanov, 25. Kristaps Qrebis (11. Sabir Allahquliyev, 71).
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 20. Vüsal Hüseynov, 5. Mətləb Məmmədov, 14. Asəf Qədiri.
Baş məşqçi: Fuad İsmayılov.
22-ci turun ilk 3 oyunu fevralın 25-də keçirilib: Qarabağ – Turan – 5:1, AZAL – Bakı – 0:0, Neftçi – MOİK – 1:0.
|
1
|
Neftçi
|
22
|
14
|
6
|
2
|
40-9
|
48
|
|
2
|
Xəzər Lənkəran
|
22
|
14
|
5
|
3
|
28-12
|
47
|
|
3
|
Qarabağ
|
22
|
13
|
3
|
6
|
30-14
|
42
|
|
4
|
İnter
|
22
|
12
|
4
|
6
|
24-16
|
40
|
|
5
|
AZAL
|
22
|
9
|
9
|
4
|
27-16
|
36
|
|
6
|
Bakı
|
22
|
9
|
6
|
7
|
28-21
|
33
|
|
7
|
Qəbələ
|
22
|
8
|
7
|
7
|
19-14
|
31
|
|
8
|
Muğan
|
22
|
7
|
6
|
9
|
14-23
|
27
|
|
9
|
Gəncə
|
22
|
5
|
9
|
8
|
23-27
|
24
|
|
10
|
Turan
|
22
|
3
|
6
|
13
|
17-35
|
15
|
|
11
|
Simurq
|
22
|
2
|
6
|
14
|
12-34
|
12
|
|
12
|
MOİK
|
22
|
1
|
3
|
18
|
6-47
|
6
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
10 - Georgi Adamiya (Qarabağ)
9 - Qvidas Yuska (AZAL), Junivan Suares (Gəncə), Rauf Əliyev (Qarabağ)
15 - Bahodir Nasimov (Neftçi)
10 - Georgi Adamiya (Qarabağ)
9 - Qvidas Yuska (AZAL), Junivan Suares (Gəncə), Rauf Əliyev (Qarabağ)
