28 fevral 2011 12:08
Uinston Parks: Biz buna hazırıq
“Xəzər Lənkəran”ın forvardı Uinston Parks azerisport.az saytına müsahibəsində Premyer Liqanın 22-ci turunun son Azərbaycan çempionu “İnter” üzərindəki qələbədən (3:1) danışıb.
- Heç kim “İnter” üzərində belə asan qələbə qazanacağınızı gözləməzdi...
- Qələbə heç də asan başa gəlmədi. Bu yolda böyük güc vəzəhmət sərf etdik. Bakıdan 3 xalla qayıtmaq bizim üçün çox böyük əhəmiyyət kəsb edirdi.
- Artıq 20-ci dəqiqədə komandanız 2:0 öndə idi...
- Məhz bu zərbə sayəsində biz özümüzü “Şəfa” stadionunda daha rahat hiss etməyə nail olduq.
- Penaltidən və buraxılan qoldan sonra XL sanki ritmi itirmiş oldu. Çünki “İnter” daha fəallaşdı və bir sıra qol epizodları yaratdı...
- İlk yarıda biz çox güc sərf etmişdik. İkinci hissədə də qol buraxmamaq bizim üçün vacib idi. Lakin bir qol buraxdıq. Amma istənilən halda qələbə hesabını qoruya bildik.
- Uzun fasilədən sonra siz də fərqlənə bildiniz...
- Mən 5-6 oyun idi qol vura bilmirdim. Forvard üçün uzun fasilədi. Şadam ki, fərqlənə və belə vacib oyunda komandama kömək edə bildim. Bu qol mənə əlavə güc verir və daha da ruhlandırır.
- Belə görünür ki, XL özünə söz verib ki, “Neftçi”ni bir xaldan artıq qabağa buraxmaq istəmir...
- Hələ “Neftçi”yə qalib gəlməmişik. Bizim əsas rəqiblərimiz onlardı və sona kimi davam edəcəyik.
- Bu oyun ilk mərhələnin son matçı idi. Bundan sonrakı oyunlarda da belə ola biləcsiz?
- Biz buna hazırıq. AZAL və “İnter”lə oyunlar bunu göstərdi.
- Əminsiz? Axı elə də sabit oyun sərgiləmirsiz...
- Bu, anladılması çətin olan bir faktdı. Ümid edirəm ki, bizim çox kadr itkimiz olmayacaq və mövsüm üçün ən böyük vəzifəmizi həyata keçirə biləcəyik.
