28 fevral 2011 12:21
Mirça Rednik: Azərbaycan millisində həddən artıq legioner var
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən Azərbaycan - İspaniya görüşündən (3:8) sonra matçla bağlı fikirlərini dilə gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları bildirib:
“Məğlub olmasına baxmayaraq, Azərbaycan yığmasının oyunu mənim xoşuma gəldi. Lakin mən bir şeyi başa düşə bilmədim. Niyə yetərincə texnikalı futbolçuları olan ölkədə bu qədər braziliyalı legionerə üstünlük verilir? Fikrimcə, onlarsız da keçinmək olar”.
