28 fevral 2011 00:27
“Azərbaycan Avropanın 4 ən güclü komandasından biridi”
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin İspaniya – Azərbaycan oyunundan sonra İspaniya yığmasının baş məşqçisi Joze Venansio Lopes matçla bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, qitə çempionunun çalışdırıcısı komandamız üzərində qazandıqları 8:3 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Azərbaycan millisi Avropanın 4 ən güclü komandasından biridir. Mərhələ adladığına görə Azərbaycan millisini təbrik edir, təşkilatçılığa görə AFFA-ya minnətdarlığımı bildirirəm. Maraqlı və gərgin oyunun şahidi olduq. Qarşılaşmanı bu sayda azarkeşin izləməsi yaxşı haldı”.
