1 mart 2011 13:21
Rusiya klubu Antalyada Qarabağ`a rəqib oldu
Xəbər verdiyimiz kimi, Premyer Liqada yaranan fasilədən maksimum yararlanmaq qərarına gələn “Qarabağ” Antalyada təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, Ağdam klubu artıq dünən qardaş ölkədə ilk məşqinə də çıxıb.
Bu günə isə komandanın 2 məşqi nəzərdə tutulub. Səhər məşqi Bakı vaxtıyla 12:30-da başlayıbsa, günün 2-ci çalışması 18:30-a nəzərdə tutulub.
Xəbər verdiyimiz kimi “Qarabağ” Antalya təlim-məşq toplanışı zamanı həm də 1 yoxlama oyunu keçirəcək. Artıq Qurban Qurbanovun komandasının martın 6-da qarşılaşacağı rəqibinin kimliyi dəqiqləşib. Ağdam klubu bazar günü Rusiya təmsilçisi “Ska-Energiya” ilə münasibətlərinə aydınlıq gətirəcək.
