1 mart 2011 01:11
Haci Galatasaray`dan qovdu, Mahir Şükürova rəqib oldu
Türkiyənin “Galatasaray” klubu rəsmən Zvyezdan Misimoviçlə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, rumıniyalı baş məşqçi George Hacinin gəldiyi dövrdə komandadan qovulan bu futbolçu artıq özünə yeni klub tapıb.
Komandadan uzaqlaşdırılsa da, rəsmən “Galatasaray”a məxsus olduğu üçün heç bir kluba keçə bilməyən bosniyalı futbolçunun bu acınacaqlı durumuna Rusiyanın “Dinamo” (Moskva) klubu son qoyub. Paytaxt təmsilçisi artıq İstanbul klubuyla rəsmi anlaşma əldə edərək, Misimoviçi 3,5 illik müqavilə ilə heyətinə qatıb.
Qeyd edək ki, Misimoviç bununla həm də “Anji”də top qovan millimizin üzvü Mahir Şükürova qarşı oynamaq imkanı əldə edib.
