1 mart 2011 14:31
Elçin Məmmədovun XL-ın oyunlarına təyinatına qadağa qoyulub?
Azerisport.az Premyer Liqanın cari mövsümün təsnifat mərhələsinin yekunları ilə bağlı statistik araşdırmalarını davam etdirir. Bu dəfəki araşdırmalarımız da elə hakimliklə bağlıdı. Lakin ilk yazımızdan fərqli, bu dəfə həmin ədalət təmsilçilərinin elita klublarının oyunlarına hansı bölgüylə təyinat aldıqlarını aşkarlamağa çalışdıq.
Artıq xəbər verdiyimiz kimi, Premyer Liqanın təsnifat mərhələsinin birinci dövrəsində cəmi 132 oyun baş tutub ki, AFFA Hakimlər Komitəsi (HK) həmin qarşılaşmalarda 14 baş hakimin xidmətindən yararlanıb. Elə həmin 14 hakimin təyinat aldığı oyunlarda taleyinə aydınlıq gətirdiyi komandaların sayları da müxtəlifdi.
Maraqlıdı ki, hələlik geridə qalan 22 turda bütün komandaların oyununa təyinat alan sadəcə 1 referi var. Bu, heç də ən çox oyuna təyinat alan Elçin Məmmədov və ya bu mənada onun əsas izləyiciləri olan FİFA hakimlərimiz deyil. Bütün komandaları meydana yeganə hakim Ramil Diniyevdi. Hakimlər Komitəsi onu uzaqbaşı 3 dəfə eyni komandanın oyununa göndərməsi ilə diqqət çəkir.
Əvəzində digər hakimlərin komandalarla eyni dərəcədə balanslaşdırılmamasının şahidi oluruq. Məsələn, ən çox (17) oyun idarə edən Elçin Məmmədov, eləcə də FİFA referiləri Fariz Yusifovla Vüsal Əliyev 2 klubun oyununu heç vaxt idarə etməyib. Bu balansın necə pozulduğunu aşağıdakı cədvəldən də görmək mümkündü. Onların əvəzində daha az (10) oyun idarə etmiş Elnur Muradov da cəmi 1 komandanın görüşünə təyinat ala bilməyib. Qalanlarının isə təyinat almadığı matçlar daha çoxdu.
Yeri gəlmişkən, aparıcı ədalət təmsilçilərinin əsas qüvvənin Premyer Liqanın autsayder komandalarının – “Turan”, “Simurq” və MOİK-in oyununa təyinat almaması hardasa başadüşüləndi. Lakin Elçin Məmmədovun 17 təyinatından heç birində XL-nın iştirakı ilə keçirilən oyuna göndərilməməsini (!), Vüsal Əliyevin AZAL ilə yollarının heç vaxt kəsişməməsini (!) təəccüblə qarşılamamaq olmur. Hər halda özünüz aşağıdakı cədvəldən bir çox nəticələr çıxara bilərsiniz.
Biz isə sadəcə onu vurğulamaq istəyirik ki, HK Məmmədovu XL-nın oyunlarına təyin etmədiyi halda AZAL ilə “Qəbələ”nin görüşlərinə düz 6 dəfə (!) göndərib. Hansı ki, cari mövsüm heç bir referi eyni komandanın oyununa bu qədər təyinat almayıb. Elçin Məmmədov isə birdən-birə iki rekorda malikdi. Belə anti-balansın nədən qaynaqlandığı isə maraq doğurmaya bilməz.
Sonda hər bir komandanın oyununa ayrılıqda neçə hakimin təyin olunmasına da xüsusi diqqət yetirməyə dəyər. Təbii ki, 19 tur ərzində baş hakim kimi təyinat alan referilərin hamısıyla yola çıxan komanda yoxdu. Bu mənada yalnız “Muğan” nisbətən digər rəqiblərindən fərqlənir. Məsələ burasındadı ki, sözügedən 14 referidən 12-i Salyan təmsilçisinin oyunlarına təyinat alıb. Yalnız Əliyar Ağayevlə Əmrah İbrahimov “Muğan”ın oyununu idarə etmək şansı qazanmayıb. “Qarabağ”, “Simurq” və “Turan” isə 11 referinin rəhbərliyi altında meydana çıxıb
|
Hak/Kom
|
Neftçi
|
XL
|
AZAL
|
İnter
|
Qarabağ
|
Qəbələ
|
Bakı
|
Gəncə
|
Muğan
|
Turan
|
Simurq
|
MOİK
|
|
F.Yusifov
|
4
|
5
|
4
|
3
|
3
|
2
|
4
|
2
|
2
|
1
|
-
|
-
|
|
E.Məmmədov
|
3
|
-
|
6
|
1
|
4
|
6
|
4
|
3
|
3
|
2
|
2
|
-
|
|
V.Əliyev
|
2
|
5
|
-
|
4
|
2
|
3
|
5
|
4
|
1
|
3
|
-
|
1
|
|
R.Əhmədov
|
3
|
5
|
3
|
4
|
4
|
1
|
1
|
2
|
2
|
-
|
1
|
-
|
|
C.Haşımov
|
3
|
-
|
1
|
-
|
2
|
2
|
-
|
2
|
2
|
3
|
4
|
3
|
|
Ə.Həmzəyev
|
1
|
-
|
2
|
1
|
2
|
4
|
2
|
-
|
2
|
1
|
2
|
3
|
|
E.Muradov
|
1
|
1
|
2
|
3
|
-
|
1
|
2
|
2
|
2
|
3
|
2
|
1
|
|
A.Salmanov
|
4
|
1
|
-
|
1
|
1
|
2
|
2
|
2
|
4
|
2
|
1
|
-
|
|
R.Diniyev
|
1
|
1
|
1
|
2
|
1
|
1
|
1
|
2
|
1
|
3
|
3
|
3
|
|
R.Cabbarov
|
-
|
2
|
1
|
3
|
-
|
-
|
-
|
1
|
1
|
2
|
1
|
3
|
|
R.Həsənov
|
-
|
1
|
1
|
-
|
1
|
-
|
1
|
-
|
1
|
-
|
3
|
2
|
|
E.Əsgərov
|
-
|
1
|
1
|
-
|
1
|
-
|
-
|
2
|
1
|
-
|
2
|
4
|
|
Ə.Ağayev
|
-
|
-
|
-
|
-
|
1
|
-
|
-
|
-
|
-
|
1
|
1
|
1
|
|
Ə.İbrahimov
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
1
|
-
|
1
|
Kim kimin oyununa təyinat almayıb?
Fariz Yusifov “Simurq”la MOİK-in oyununa təyinat almayıb
Elçin Məmmədov XL və MOİKin oyununa təyinat almayıb
Vüsal Əliyev AZAL və “Simurq”un oyununa təyinat almayıb
Rövşən Əhmədov “Turan” və MOİK-in oyununa təyinat almayıb
Ceyhun Haşımov XL, “İnter” və “Bakı”nın oyununa təyinat almayıb
Əfqan Həmzəyev XL və “Gəncə”nin oyununa təyinat almayıb
Elnur Muradov sadəcə “Qarabağ”ın oyununa təyinat almayıb
Anar Salmanov AZAL və MOİK-in oyununa təyinat almayıb
Rauf Cabbarov “Neftçi”, “Qarabağ”, “Qəbələ” və “Bakı”nın oyununa təyinat almayıb
Rəhim Həsənov “Neftçi”, “İnter”, “Qəbələ”, “Gəncə”, “Turan”ın oyununa təyinat almayıb
Elvin Əsgərov “Neftçi”, “İnter”, “Qəbələ”, “Bakı” və “Turan”ın oyununa təyinat almayıb
