1 mart 2011 15:01
Simurq Haciyevskinin istefasını qəbul etmədi
“Simurq” rəhbərliyi baş məşqçisi Qyoko Haciyevskinin istefasını qəbul etməyib. Zaqatala klubunun makedoniyalı çalışdırıcısı azerisport.az saytına müsahibəsində bildirib ki, rəhbərlik onun fəaliyyətini davam etdirməyin istəyir:
“Klub rəhbərliyi məndən kömək gözləyir və getməyimi istəmir. Bu gün artıq komandayla məşqə də çıxdıq. Qarşıda kiçik fasilə dövrü var. İkinci mərhələyə yaxşı hazırlaşmaq istəyirik. “Muğan”la oyuna gəlincə, biz həmin qarşılaşmada pis oynamadıq. Sadəcə uğur bizdən üz döndərdi”.
Qeyd edək ki, Zaqatala klubunun doğma meydanda 0:1 hesabıyla uduzduğu görüşdən sonra Haciyevski istefa vermək istədiyini dilə gətirmişdi.
