1 mart 2011 15:35
Borbikoni erməni jurnalistə müsahibəsində Bakı`da sirr qoymadı
“Bakı”nın təcrübəli legionerlərindən biri olan Stefan Borbikoni Fransa mətbatına müsahibə verib. Lakin azerisport.az xəbər verir ki, ona sualları heç də həmyerlisi yox, erməni jurnalist Mikael Osqanyan ünvanlayıb. O, söhbət əsnasında hətta “zolaqlılar”ın üzvünü provakasiyaya çəkməyə də çalışıb.
- Azərbaycana göndərilməyiniz bir cəza idi?
- Əksinə. Mən pionerəm. Axı bu ölkənin çempionatında ilk fransalıyam. Düzdü, ev üçün darıxıram. Əvvəlcə, daha çətin idi. Ancaq mən buna görə qorxmurdum. Axı mənim artıq 3 illik Türkiyə təcrübəm var idi. Yerli insanlarla danışdıqdan sonra görürsən ki, həyat elə hər yerdə demək olar ki, eynidi. Elə Bakıda da.
- Ailənizlə getmisiz?
- Mən tamamilə təkəm. Oğlumun 6 yaşı var, o, artıq məktəbə gedir.
- Bakıdakı həyatınızdan danışa bilərsiz?
- Mən belə böyük şəhər gözləmirdim. 3 milyona yaxın əhalisi var. Bakı dəniz sahili yaxınlığında inşa olunub. Burada inanılmaz tikinti işləri gedir. İçəri şəhərlə yanaşı, yeni tikililər də artıq göz oxşamağa başlayıb. Azərbaycanda qurbağa yeməyə şərait yoxdu, ona görə də mayı səbirsizliklə gözləyirəm. Bakıda rus və türk mətbəxi var. Həmçinin çoxlu italyan mətbəxi də mövcuddu. Mən daha çox stadionun yaxınlığında yeməyə üstünlük verirəm. Bu, daha asan və tez başa gəlir. Şəhərin düz mərkəzində yaşayıram. Dənizdən 100 metr aralıda yerləşir. Burda çoxlu amerikalıya da rast gəlirəm, hansı ki, neft və qaz sektorunda çalışırlar.
- Bakıda qadınlar çadrayla gəzirlər?
- Ölkədə müsəlmanlarla yanaşı pravoslavlar da yaşayır. Bəzi qadınlar var ki, örtükdə gəzirlər. Lakin belələri azdı. Yadımdadı ki, Manisada da belələri daha çox idi. Ancaq Azərbaycanda müəyyən qədər qərb həyatına yaxınlıq var: gecə klubları, barlar...
- Sizdə elə hiss var ki, insanlar azaddırlar?
- Azərbaycanlıların sərbəst olub-olmadığını müzakirə edə bilmərəm. Çünki sentyabr ayından burdayam. Ancaq belə hisslərim var.
- Sizə Azərbaycan çempionatı haqda hər şey məlum deyil?
- Bizim klubun idman direktoru Türkiyədən olduğundan məni tanıyırdı. Bura da onun vasitəsiylə gəldim. Hazırkı komandamda çoxlu əcnəbilər var – braziliyalılar, afrikalılar, slavyanlar. Onların əksəri yüksək səviyyəli oyunçulardı. Şərait də bu futbolçuları qane edir. Vəziyyət demək olar ki, Fransadakı kimidi. Məsələn, “Bakı”nın bazası yenidi və Avropa standartlarına tam cavab verir. Yalnız stadionların qazonlarının dəyişdirilməsini ehtiyac var ki, bunun üçün də lazımı maliyyə imkanları mövcuddu.
- Klubun turnir cədvəlindəki hazırkı durumundan razısız?
- Bizim hazırda Latviyadan yeni baş məşqçimiz var. O, Vinfrid Şeferi əvəzlədi. “Bakı” Azərbaycanın 3 ən böyük klubundan biridi. İki dəfə ölkə çempionu olub. Biz ev oyunlarımızı yığma komandanın da çıxış etdiyi arenada keçiririk.30 minlik stadiona maksimum 3-4 min azarkeş gəlir və elə hiss olunur ki, arena boşdu. Amma elə səfər oyunlarımız olur ki, orda stadiona 15 min azarkeş gəlir.
- Klubunuzun rəhbərliyi necə adamlardı?
- Klubumuzun rəhbəri ölkənin varlı adamlarından biridi. Öz vaxtını əsasən Dubayda keçirir. Bizim oyunlarımıza həmişə gələ bilmir. Klubun işlərinə onun qardaşı nəzarət edir. Hər ikisi futbolu gözəl bilir. Heç vaxt maaşları gecikdirmirlər.
Mənbə: so foot
