1 mart 2011 16:02
Qarabağ`ın oyunçusu Türkiyədə əməliyyat olundu
2010-cu ilin sonlarında formasını bərpa edən “Simurq”la səfər oyununda həlledici qola imza atan “Qarabağ”ın müdafiəçisi Aftandil Hacıyevın zədəli olmasından xəbərdarsız. Azerisport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi qış hazırlığının sonuna yaxın dizindən zədələnmişdi.
Artıq buna görə Aftandil Türkiyədə uğurla əməliyyat olunub. Türkiyənin azəriəsilli ünlü həkimi Mehmet Binnət tərəfindən keçirilən əməliyyat uğurlu alınıb. Aftandil tezliklə məşqlərə başlayacaq.
Hacıyev klubun rəsmi saytına açıqlamasında hazırkı durumu barədə danışıb: “Zədələnməyim heç yerinə düşmədi. Amma futbolçu həyatında zədələr qaçılmazdı. Allaha şükür ki, əməliyyat uğurlu alındı. 3 gün sonra artıq yüngül qaçışa başlayacam. 10 gündən sonra isə komandayla məşqlərdə iştirak edəcəm. İnşallah, tezliklə tam sağalıb komandaya faydalı olmaq istəyirəm”.
