1 mart 2011 17:33
Böyük oyun bu dəfə Salmanova tapşırıldı
Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları məlum olub. Azerisport.az xəbər verir ki, Hakimlər Komitəsi sabah və birigün baş tutacaq oyunlara təyinatlarını açıqlayıb.
AZAL – “Turan” görüşü Ramil Diniyevə tapşırılıb. “Abşeron” – “İnter” matçında ədaləti Əfqan Həmzəyev, “Qəbələ” – “Bakı” görüşündə isə Rövşən Əhmədov qoruyacaq. Erkən final kimi dəyərləndirilən “Nefçti” – “Xəzər Lənkəran” matçı isə bu dəfə Anar Salmanova həvalə edilib.
Azərbaycan kuboku
1/4 final
2 mart (çərşənbə)
AZAL – Turan
Hakimlər: Ramil Diniyev, Coşqun Həsənov, Munis Abdullayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
3 mart (cümə axşamı)
Abşeron – İnter
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İsgəndər Əliyev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. "Şəfa" stadionu. Saat 14:00.
Qəbələ - Bakı
Hakimlər: Rövşən Əhmədov, Vaqif Musayev, Mehman Mahmudov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu. Saat 14:00.
Neftçi - Xəzər Lənkəran
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Eldar Nağıbəyov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 18:00.
